07.01.2020

Türkiyə bu məhsulların xaricə satışını məhdudlaşdırdı

Türkiyəli istehsalçılar quru soğan və kartofu icazə alaraq ixrac edə biləcəklər.

Türkiyə Ticarət Nazirliyi «İxracı Qadağan və İcazəyə Bağlı Mallar» qaydasında dəyişiklik edib.

Edilən dəyişikliyə görə, kartof və quru soğanın xaricə satışı məhdudlaşdırılır. 

Bu gün «Rəsmi Qəzet»də dərc olunan qərara görə, kartof və quru soğan ixrac etmək istəyən istehsalçılar razılıq almaq üçün Kənd Təsərrüfatı və Meşə Nazirliyinə müraciət etməlidirlər.

2018-ci ilin sonunda qiymətləri artan və 2019-un ilk aylarında qiyməti 8-10 TL təşkil edən quru soğan və kartofda bu il də bənzər bir qiymət artımlarının yaşanmaması üçün söz mövzusu addımın atıldığı təxmin edilir.

Mənbə marja.az



Digər xəbərlər


Elektron qaydada pensiya təyin edilən şəxslərin sayı bəlli olub

2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün (2 pensiya ...

Yanvarın 27-nə manatın məzənnəsi

Yanvarın 27-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 27.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

McDonalds Çində filiallarını bağlayır

Çinin Uxan şəhərində yaranan və 30-a yaxın insanın ölümünə səbəb olan virus üzündən dünyanın ən böyük fəst-fud şəbəkələrindən biri olan McDonaldsı da...

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq etdi

Qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında” qanuna əsasən, QHT-lər aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyy...