19.01.2020

Türkiyə elektromobilləri Azərbaycanda satılacaq

Türkiyə TOGG markalı yerli avtomobilinin türkdilli ölkələrə ixracında maraqlıdır.

Gülüstan.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, TOGG avtomobillərinin kütləvi istehsal başladıqdan sonra qonşu ölkələrə, xüsusilə də Azərbaycan kimi qardaş türkdilli ölkələrə ixracı prioritetlərdən biri olacaq.

Hələlik 2 modeli təqdim edən Türkiyə Avtomobil Təşəbbüskarları Qrupu 2022-ci ilə qədər model sayını 5-ə çatdıracaq

Nazirlikdən bildiriblər ki, TOGG həm Türkiyə bazarında, həm də türkdilli ölkələrin bazarında rəqabətqabiliyyətli olacaq.

Xatırladaq ki, 2019-cu ilin dekabrında Türkiyə istehsalı olan TOGG avtomobilləri nümayiş etdirilib.

İstehsalına 2022-ci ildə başlanılacaq avtomobillər elektriklə çalışacaq. TOGG avtomobillərinin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına da xüsusi diqqət yetirilib. Dizayn, ideya və bütün hissələrinin Türkiyədə hazırlanması baxımından xalis Türk malı olan TOGG-un sükan arxasında ilk oturan şəxs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub.

Hələlik 2 modeli təqdim edən Türkiyə Avtomobil Təşəbbüskarları Qrupu 2022-ci ilə qədər model sayını 5-ə çatdıracaq.


Digər xəbərlər


Manatın sabaha məzənnəsi

Fevralın 26-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 26.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Mütəxəssislər Tesla avtomobillərində səhv tapdı - Şirkət adekvat addım atmayacaq

«McAfee» şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri Tesla elektrikli nəqliyyat vasitələrinin avtopilotunu sındırmağa (kənardan ...

Azərbaycanda qızıl və gümüş bahalaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Gülüstan.info xəbər verir ki, fevralın 24-də qızılın qiyməti fevralın 21-i ilə müqayisədə 61,8375 manat art...

Koronavirusdan "Samsung"a zərbə - Fabriklər bağlanır

«Samsung»un Cənubi Koreyadakı bir fabrikində işçilərdə koronavirus aşkar edilib və şirkət həmin fabriki bağlayıb. Gülüstan.info xəbər ve...