15.01.2020

Xəzər dənizi dəmir yolu vasitəsilə İran körfəzinə birləşdiriləcək

İran Xəzər dənizini dəmiryolu vasitəsi ilə Fars körfəzinə birləşdirmək üçün ciddi addımlar atmaqdadır.

Bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yolları Şirkətinin icra direktoru Səid Rəsuli «Tasnim» informasiya agentliyinə açıqlamasında deyib.

O bildirib ki, bu dəmiryolu Fars körfəzindən başlayır və Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycana birləşəcək.

Rəsulinin sözlərinə əsasən, hazırda bu dəmiryolunda inşa olunmayan hissə Rəşt-Astara dəmiryoludur.

“Eyni zamanda Rəşt-Ənzəli və Kaspian limanına dəmiryolu inşa ediləcək” – deyə o qeyd edib.

Rəşt-Astara dəmiryolunun uzunluğunun təxminən 164 kilometr olduğunu deyən nazir müavininin sözlərinə görə, İranın Yol və Şəhərsalma Nazirliyi və Dəmir Yolları Şirkəti bu dəmiryolunun inşa edilməsini əsas prioritetlərdən biri hesab edir.

Rəsuli deyib ki, dəmiryolunun inşa olunacağı ərazinin bir hissəsinin mülkiyyəti ilə bağlı işlər yekunlaşıb və layihəyə yaxın vaxtlarda başlanacaq.

“Bu istiqamətdə olan terminalın bir hissəsindən istifadə edilir və bir ölkənin investisiyası ilə terminal inkişaf etdirilməkdədir”, – deyə o qeyd edib.

Şirkət rəsmisi vurğulayıb ki, Rəşt-Astara dəmiryolunun iki il ərzində istismara verilməsi qərara alınıb. (Trend.az)

Mənbə redaktor.az


Digər xəbərlər


Qarabağ" La Liqa-dan hücumçu aldı - RƏSMİ

«Qarabağ» La Liqa təmsilçisi «Leqanes»in futbolçusu Ovusu Kvabenanın transfer etdiyini açıqlayıb. Gülüstan.info xəbər verir ki...

Prezident İlham Əliyev akademiki mükafatlandırdı

Prezident İlham Əliyev Vaqif Şadlinskinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda tibb elminin i...

BŞİH ilə BŞBPİ avtoyuyucu məntəqələrini bağlayır - Ciddi narazılıq var

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) birləşib, avtoyuyucu məntəqələrini bağlayır Bu barədə Gülüstan.info-ya...

Bəzi avtobusların hərəkət sxemi dəyişdirilib

Yanvarın 25-dən etibarən 117, 185 və 206 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Gülüstan.info x...