02.01.2020

«Yaşıl yol» filminin qaradərili real qəhrəmanı və ağdərili qəddarlığı…

George Stinney Jr. ABŞ-da 20-ci əsrdə ölümə məhkum edilən ən gənc insandır. Elektrik stuluna bağlanıb edam edildiyində cəmi 14 yaşı var idi.

Məhkəmə vaxtı öldürüləcəyi günə qədər günahsız olduğunu deyib həmişə əlində bir İncil daşıdı. 11 yaşlı Betty və 7 yaşlı Mary adlı qızları öldürməkdə günahlandırılırdı. Səbəb isə sadəcə onların öldürüldüyü evin yaxınlığında tapılması idi.

Məhkəməsindəki bütün jürilər ağdərili idi. Məhkəmə cəmi 2 saat çəkdi və cəza cəmi 10 dəqiqə sonra verildi. Hətta heç bir tərəddüd belə edilmədən….

Öldürülməzdən öncə George hələ cəmi 14 yaşında idi və valideynlərini görmədiyindən 81 gün keçirtdi. Ailəsi ilə təmas qurması qadağan olunmuşdu.

Yaşadığı yerdən 80 km uzaqlıqda, onu müdafiə eləməsi üçün bir vəkil belə təyin olunmadan təmtək qalmışdı. Başına 5380 volt elektrik verildi və əzab içində dünyasını dəyişdi.

Ölümündən 70 il sonra əslində günahsız olduğu Cənubi Karolinadaki bir hakim tərəfindən isbat olundu. İki qızın öldürüldüyü alət 19.07 kiloqramdan daha ağır idi, buna görə də Stinneyin onu qaldıra bilməsi mümkün deyildi, iki qızı öldürəcək qədər sərt vura biləcək gücü də yox idi. Uşaq günahsız idi, sadəcə qaradərili olduğu üçün bütün günahlar üzərinə atıldı və daha 14 yaşında ikən bəlkə də minlərlə gözəllik yaşayacağı o həyatı əlindən alındı.

Stephen King Stinneyin hekayəsini eşidəndən sonra çox təsirlənib 1996-cı ildə Green Mile (Yaşıl Yol) kitabını yazır, daha sonra isə hamımızın yaxşı tanıdığı eyniadlı film çəkilir. 

Mənbə redaktor.az


Digər xəbərlər


İTV "Eurovision-2020" üçün mahnı qəbulunu elan edib

«Eurovision» mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Ra...

Prezident Xalq artistini ordenlə təltif etdi

Prezident İlham Əliyev Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. Gülüstan.info xəbər verir ki, sərəncama əsasən&nb...

XXI əsr kişilərinin geyimi nümayiş olundu - Fotolar

İspaniyalı dəb dizayneri Palomo New-York moda həftəsinə yeni geyim kolleksiyası ilə qatılıb. Dizaynerin geyimlərin nümayişi üçün seçdiyi modellər...

Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq

Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hi...