Bakı 30 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

09.02.2020

iPhone Fransa höküməti tərəfindən 25 milyon manat cərimələndi

Fransanın rəqabət, istehlak və dələduzluqla mübarizə məsələləri üzrə general direktoratı olan DGCCRF Apple şirkətini 25 milyon avro (27 milyon dollar) dəyərində cərimələyib. Belə ki, şirkət öz istifadəçilərinə məlumat verməyib ki, iOS yenilənməsindən sonra köhnə iPhone modelləri zəif şəkildə çalışacaqlar. Bu barədə Vc.ru saytı xəbər verib. Apple şirkəti isə bu cəriməyə heç bir etiraz etməyib və 1 ay ərzində bu məsələ ilə bağlı açıqlamanı öz saytında verəcəyini bildirib. Qeyd etmək lazımdır ki, Paris şəhərinin prokuraturası istifadəçilərin şikayətləri əsasında bu məsələ ilə bağlı istintaqa 5 yanvar 2018-ci il tarixində start vermişdi.

Söhbət, 2017-ci ildə təqdim edilmiş iOS yenilənmələrindən (iOS 10.2.1 və iOS 11.2) gedir. Həmin əməliyyat sistemləri isə müəyyən şərtlər altında köhnə batareyalara sahib iPhone modellərini zəiflədirlər. Bu halda söhbət, iPhone 6, iPhone 7 və iPhone SE smartfon modellərindən gedir. Məlumatda qeyd edilib ki, bu səbəbdən istifadəçilər yeni iPhone modeli almaq və ya istifadə etdikləri iPhone modellərinin batareyalarını dəyişdirmək məcburiyyətində qalıblar.

Qeyd etmək lazımdır ki, 2017-ci ilin dekabr ayında Apple şirkəti köhnə iPhone modellərinin bilərəkdən zəiflədilməsini etiraf etmişdi. Həmin vaxtda şirkət bildirmişdi ki, bunun əsas səbəbi smartfondakı batareyanın fəaliyyət dövrünü yüksəltməkdir. Bu isə öz növbəsində şirkətə qarşı çoxlu sayda məhkəmə iddiasını gətirdi. Nəticədə şirkət istifadəçilərdən üzr istəyərək 2018-ci ildə iPhone batareyalarının dəyişdirilməsi qiymətini 79$-dan 29$-a saldı. Hal hazırda isə iPhone batareyasını 69$-a dəyişmək olar.

Mənbə technote.az


Digər xəbərlər


Koronavirusun fəsadları - Dünya markaları müflis oldu - SİYAHI

Koronavirus pandemiyası dünya iqtisadiyyatına ağır zərbə vurub. Gulustan.info xəbər verir ki, bir çox dünya brendi olan firmal...

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,15 ABŞ dollar, yaxud 0,34% az...

Azərbaycan neftinin qiyməti 44 dollara qalxıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,25 ABŞ dollar, yaxud 0,57% ar...

Nazirlikdən ticarət obyektlərinə ciddi xəbərdarlıq

Azərbaycan İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib. Nazirlikdə...

Azərbaycanda pul bazası 11,2 milyard manatı ötüb

Azərbaycanda pul bazası iyulun 1-nə 11 milyard 251,8 milyon manat təşkil edib. Gulustan.info Mərkəzi Banka istinadla xəbər ver...

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,73 ABŞ dollar, yaxud 1,7% art...

Ölkədə siqaretin qiyməti artıb

Bu gündən Azərbaycanda bütün tütün məmulatlarının qiyməti artırılıb. Gulustan.info xəbər verir ki, ölkə ərazisində siqaret əvv...

Yeni investisiya fondu yaradıla bilər

“Azərbaycanda daxili və xarici mənbələr hesabına yeni investisiya fondunun yaradılması istiqamətində danışıqlar aparılır”. Bun...