Bakı 26 ℃

USD 1.7
RUB 0.024
EUR 1.915
TRY 0.2483
Qızıl 3005.8295
Gümüş 30.477

12.02.2020

«Media üçün sərbəst iş imkanı verməlidirlər» — Mətbuat Şurasının bəyanatı

Azərbaycan Mətbuat Şurası medianın 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərini və seçkidən sonra yaşanmış hadisələri cəmiyyətə çatdırmaq meyllərini müşahidə edib və etməkdədir.

Gülüstan.info xəbər verir ki, bu, Mətbuat Şurasının bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Qurum bu xüsusda jurnalistlərin istər fevralın 9-da müxtəlif seçki məntəqələrindəki vəziyyəti, istərsə də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının binası önündəki aksiyanı işıqlandırmalarını, bununla əlaqədar yayılmış video-görüntüləri diqqətdə saxlayıb.

MŞ yaşanmış mübahisələrin, anlaşılmazlıqların, gərgin durumların söz azadlığı müstəvisində dəyərləndirilərək kütləvi informasiya vasitələrinin işinin məhdudlaşdırılması kontekstinə daşınmasından, belə fikir və mülahizələrin formalaşmasına əsas verən şübhəli durumların yaranmasından narahatdır.

Parlament seçkilərinin və onunla bağlı proseslərin işıqlandırılması fonunda narahatlıq doğuran vəziyyət yalnız Mətbuat Şurasını deyil, bütövlükdə ölkəmizin media ictimaiyyətini, jurnalist cameəsini, Azərbaycan dövlətinin müvafiq strukturlarını düşündürməlidir. Hər bir qütb üzərinə düşən missiyaya həssaslıqla yanaşmalıdır. Çünki seçki xalqın və dövlətin taleyində son dərəcə böyük əhəmiyyət daşıyan tarixi olaydır. Onu layiqincə başa çatdırmaq ölkəmizin gələcəyi, beynəlxalq miqyasdakı imici baxımından müstəsna önəm daşımaqdadır. Şura seçkinin fəaliyyət tərəflərinin, ən əsası isə cəmiyyətin hərəkətverici qüvvəsi sayılan KİV nümayəndələrinin məhz bunu rəhbər tutmalarını vacib sayır.

Azərbaycan Mətbuat Şurası jurnalistləri seçki materiallarının təqdimatına peşəkar yanaşmağa, bununla bağlı həssaslıq nümayişinə çağırır. Qurum hesab edir ki, onlar heç bir halda bu və ya digər tərəfin təmsilçisi qismində görünməməli, peşə borclarını obyektiv yerinə yetirməlidirlər. Düşünməlidirlər ki, istənilən məsələyə, o cümlədən seçkiyə peşəkar soyuqqanlılığı ilə münasibət göstərməklə onu cəmiyyətə doğru-dürüst çatdırmaq imkanları daha genişdir. 9 fevral parlament seçkilərində belə məsuliyyətli yanaşmalar az deyildi. Ancaq bır sıra hallarda ayrı-ayrı jurnalistlərin xüsusən hüquq-mühafizə orqanları əməkdaşları ilə açıq ziddiyyətlərə getdikləri, təhrikedici mövqe tutduları diqqətdən yayınmadı.

Mətbuat Şurası eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşlarını da peşə fəaliyyətlərinə daha həssas yanaşmağa çağırır. Onlar hərəkət və davranışlarının jurnalistlərə maneçilik cəhdi kimi dəyərləndirilməsinə şübhələr yaratmamalı, media üçün sərbəst iş imkanı verməlidirlər. Həmçinin KİV təmsilçilərini etiraz aksiyası iştirakçılarından ayrı tutmağı bacarmalıdırlar. Nəzərə almalıdırlar ki, bununla bağlı hər hansı qeyri-adekvat davranışda söz və ifadə azadlığının məhdudlaşdırılması, cəmiyyətin informasiya tələbatının ödənilməsinə əngəl olaraq qiymətləndirilmə ehtimalı böyükdür. O da nəzərə alınmalıdır ki, belə qiymətləndirmələrə ayrı-ayrı anti-azərbaycançı qüvvələrin məqsədli siyasi çalarlar gətirmək meylləri tendensiya halını alıb.

Azərbaycan Mətbuat Şurası sui-istifadə hallarını, jurnalistlərin hansısa prosesdə tərəf kimi çıxış etmələrini qətiyyətlə pisləyir. Şura bildirir ki, peşə borcunu yerinə yetirən jurnalistlərin kütləvi aksiyalara üzərində “PRESS” yazılmış gödəkçələrdə qatılmaları mütləqdir. Gödəkçələrdən istifadə onların aksiya iştirakçılarından fərqlənmələri, hüquq və mənafelərinin toxunulmazlığı baxımından vacib məqamdır.

Mətbuat Şurası jurnalist hüquqlarının müdafiəsinə hər zaman olduğu kimi, yenə də həssas yanaşaraq müvafiq dövlət orqanlarını KİV təmsilçiləri ilə mübahisəli durumların müşahidə edildiyinə, yaxud təzyiqlərin olduğunun bildirildiyinə dair müxtəlif internet saytlarda, sosial şəbəkələrdə yayılmış video-görüntüləri, müraciətləri obyektiv və operativ şəkildə araşdırmağa, mövcud istiqamətdə qanunamüvafiq tədbirlər görməyə çağırır”.


Digər xəbərlər


Ermənistanda daha 593 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada 593 nəfərdə koronavirus aşkarlanıb. Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Pro...

Türkiyədən anti-terror əməkiyyatı - Bşlarına 500 min qoyulan terrorçuları məhv edildi

Türkiyənin Van vilayətinin Gürpınar mahalının kənd yerlərində keçirilən xüsusi əməliyyat zamanı axtarışda olan üç terrorçu öldürü...

Qaradağ Gənclər Evinin təşəbbüsü ilə “Polisə dəstək” adlı sosial aksiya həyata keçirilib-FOTOLAR

2 iyul Polis günü münasibətilə, eyni zamanda ölkəmizdə yeni növ koronavirus (Covid-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə ...

BMT-dən qərar: Dünyada 90 günlük atəşkəs

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası, Covid-19-a qarşı mübarizə çərçivəsində 90 gün ərzində qlobal atəşkəs...

Atəşkəs pozulub - Son ayların ən yüksək göstəricisi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan d...

ÜST rəhbəri: Hazırda 141 peyvəndin üzərində işlənilir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Gebreyesus hazırda dünyada koronavirusa qarşı 141 peyvəndin üzəri...

İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib

Prezident İlham Əliyevin rəsmi «Facebook» səhifəsində polis günü münasibətilə paylaşım edilib. Gulustan.info xəbər v...

“Twitter” Trampın fotosunu silib

“Twitter” şirkəti ABŞ prezidenti Donald Trampın iyunun 30-da öz hesabında paylaşdığı şəkillərdən birini silib. Sosial şəbəkə b...