Bakı 23 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

13.02.2020

İlham Əliyev: «İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir»

«İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülməlidir və görüləcək, xüsusilə özəl sektorda və dövlət sektorunda. Hələ ki, dövlət sektorunda da yeni iş yerlərinin yaradılması zəruridir. Çünki istəmirəm ki, işsiz adam olsun».

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə «ASAN xidmət» mərkəzinin açılışında deyib.

Dövlət başçısı bildirib: «İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir, çünki əhalimiz artır. Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, əhali artır və müstəqillik dövründə 3 milyon artıb. Təsəvvür edin, bizim əsas infrastruktur layihələrimiz sovet dövründə icra edilmişdir və onlar təqribən 6-7 milyon əhaliyə hesablanmışdır. Əgər biz son illərdə böyük infrastruktur layihələrini icra etməsəydik, bu gün işıqsız, susuz, qazsız qalacaqdıq. Çünki biz artan əhalini həm işlə, həm ərzaqla, həm də məktəblərlə təmin etməliyik.

Hər il əhali 100 min artır. İqtisadi inkişaf buna uyğun olmalıdır. Ona görə bölgələrdə və böyük şəhərlərdə iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir. Amma mən tam əminəm ki, biz bütün çağırışlarla bağlı öz siyasətimizi bundan sonra da uğurla aparacağıq. Artan əhali bizim gücümüzdür və eyni zamanda, elə bir amildir ki, bizi daim daha fəal olmağa sövq etməlidir. Artan əhali artan tələbat deməkdir».

Mənbə report.az


Digər xəbərlər


Böyük sənətkarın həyat yoldaşı vəfat edib

Azərbaycanın böyük sənətkarı Hamlet Xanızadənin həyat yoldaşı Nailə Xanızadə vəfat edib. Gulustan.info xəbər verir ki, bu barə...

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma halların...

Prezident Sumqayıtda işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı Sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti «Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər ...

Yevlaxda qaraçılar aksiyaya cəhd edib - Polisə xəsarət yetirilib

Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər. DİN Mətbuat xidmətinin Bərdə regional qr...

Pensiya ilə bağlı qanun layihəsinə dəyişiklik edilib

Pensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pen...

Qazaxıstanda məhdudiyyətlər yığışdırılır

Qazaxıstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət bitib. Gulustan.info «Reuters»ə i...

Toy və yas mərasimləri keçirilə bilər? - Rəsmi cavab

«Bütün ölkə əraziində toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalır». Gulustan.info xəbər verir ki, bunu Naz...

Azərbaycanda 50 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...