Bəzi içkilərin aksiz dərəcəsi artırıldı, çaxırınkı isə azaldıldı- SİYAHI
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Nazirlər Kabinetindən Gülüstan.info-ya verilən məlumata görə, qərara əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.
Aksiz dərəcəsi qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları istisna olmaqla, təbii üzüm şərabları (spirt qatılmışlar daxil olmaqla) və üzüm suslosunun hər litri üçün 3,5 manatdan 3,6 manata, şampan şərabı üçün 5 manatdan 5,1 manata, denaturasiya olunmamış etil spirit (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spiritnin hər litri üçün 4 manatdan 5,2 manata qaldırılıb.
Aksiz dərəcəsi viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün isə 10 manatdan 11,2 manata qaldırılıb.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün aksiz dərəcəsi isə 1,9 manat müəyyənləşib.
Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz dərəcəsi isə 10 manatdan 7,2 manata endirilib.
Digər xəbərlər

Neftin son qiyməti
Dünya birjalarında neft qiymətlərində bahalaşma qeydə alınıb. Gulustan.info xəbər verir ki, hazırda “Brent” markalı neftin bir...

Pensiyalar artırılacaq - Nazir müavini
Ölkədə pensiyaların ilin əvvəlində indeksləşdirilərək artırılması nəzərdə tutulur. Gulustan.info-nun məlumatına görə, bunu 202...

Neftin qiyməti ucuzlaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində «Brent» neftinin ixracına dair 2021-ci ...

"Brent" nefti ucuzlaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində «Brent» neftinin ixracına dair 2021-ci ...

Sahibkarlara güzəştli kreditlərin verilməsi davam etdirilir
2020-ci ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi üzrə fəaliy...

Neft ucuzlaşıb
Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Kanal8 İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişin...

Azərbaycanda orta aylıq əmək haqqı artıb
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda orta aylıq əmək haqqı 703,5 manat təşkil edib. Dövlət Statistika Komitəsində...

Azərbaycan nefti 56 dollardan baha satılır
Dünya birjalarında neft qiymətləri bahalaşıb. Gülüstan.info xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”)...