14.02.2020

Elon Muskdan Tvitter izləyicilərinə çağırış: “Facebooku silin”

“Tesla” və “SpaceX”-in qurucusu Elon Mask Tvitterdəki 31 milyon izləyicisinə “Facebook”u silin, “Facebook zamanı bitdi” dedi.

Gulustan.info xəbər verir ki, Elon Mask bu çağırışı Tvitterdə ingilis aktyor  “Sacha Baron Cohen” –nin mesajına cavab olaraq yazıb amma detal verməyib.

Mask 2018-də Feysbukun 87 milyon istifadəçisinin şəxsi məlumatlarının xəbərsiz paylaşdığı ortaya çıxdıqdan sonra “Tesla” və “SpaceX”-in Feysbuk hesablarını silib və “Facebook nədir?” deyə soruşub.

Buna baxmayaraq Elon, Feysbuka məxsus instaqramdakı şəxsi və şirkət hesablarını hələ də saxlayır.

Mask Feysbukun rəhbəri Mark Zukerberqlə süni intellekt mövzusunda fikir ayrılıqları olduğunu deyərək əlavə edib: “Markla bu mövzunu danışdım amma mövzunu yaxşı dərk edə bilmir”  Zukerberq süni intellekti maşınları daha güvənli edəcək, xəstəliklərin daha düzgün müalicə edilməsinə kömək kimi görərkən, Mask bu texnologiyanı “insanlığın varlığına ən böyük təhdit” kimi qiymətləndirir.


Digər xəbərlər


Ermənistanda onlarla insan koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Yanvarın ikinci ongünlüyündən Ermənistanda koronavirus şübhəsi ilə onlarla insan xəstəxanaya yerləşdirilib. Ermənistan hökuməti yanında səhiyyə və...

Çində koronavirus can almaqda davam edir

Çində koronavirusa yoluxanların sayı 78 min nəfəri ötüb, 29 mindən çox insan sağalıb və xəstəxanalardan evə buraxılıb. “Qafqazinfo” bildirir ki, bu b...

Çin ABŞ-ın kənd təsərrüfatı məhsullarına idxal məhdudiyyətlərini qaldırmağa başlayır

Birinci Faza İqtisadiyyatı və Ticarət Sazişinə əsasən ABŞ Kənd Təsərrüfatı Nazirliyi, Çinin ABŞ-ın kənd təsərrüfatı məhsulları, o cümlədən quş əti, k...

Türkiyədə zəlzələ olub

Türkiyədə növbəti dəfə zəlzələ baş verib. Yeraltı təkanlar Malatyada yerli vaxtla saat 02:03-də qeydə alınıb. Qeyd edilir ki, zəlzələ 5 maqnitu...