13.02.2020

Azərbaycan on iki ölkədən gətirilən məhsullara qadağaqoyub

Quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur

12 ölkədə yüksək patogen quş qripinin aşkarlanması nəzərə alınaraq bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub.

u barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur.

Q.Təhməzlinin sözlərinə görə, Ukraynanın xəstəlik qeydə alındığı Vinnitsa vilayətindən başqa digər vilayətlərdən də daxil olan məhsullar müayinə edilərkən quş qripi xəstəliyinin törədicisinin «H9» serotipi aşkarlandığı üçün ölkənin bütün ərazisinə müvəqqəti məhdudiyyət tətbiq olunub: «Hazırda coğrafi baxımdan xəstəlik dünyada çox geniş arealda yayılıb: «Polşanın Şetsin və Lyubuske vilayətləri ilə sərhəddə yerləşən Almaniyanın Bradenbur vilayətində vəhşi quşlarda, Fransanın Strasburq vilayəti ilə sərhəddə yerləşən Almaniyanın Baden-Vurtemberq vilayətində ev təsərrüfatlarının birində YPQQ qeydə alınıb. Eyni zamanda, Ərəbistan yarımadasında baş vermiş xəstəliyin köçəri quşlar vasitəsilə ölkəmizə gətirilməsinə yüksək epizootoloji risk mövcuddur».

Mənbə sputnik.az


Digər xəbərlər


Manatın sabaha məzənnəsi

Fevralın 26-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 26.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Mütəxəssislər Tesla avtomobillərində səhv tapdı - Şirkət adekvat addım atmayacaq

«McAfee» şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri Tesla elektrikli nəqliyyat vasitələrinin avtopilotunu sındırmağa (kənardan ...

Azərbaycanda qızıl və gümüş bahalaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Gülüstan.info xəbər verir ki, fevralın 24-də qızılın qiyməti fevralın 21-i ilə müqayisədə 61,8375 manat art...

Koronavirusdan "Samsung"a zərbə - Fabriklər bağlanır

«Samsung»un Cənubi Koreyadakı bir fabrikində işçilərdə koronavirus aşkar edilib və şirkət həmin fabriki bağlayıb. Gülüstan.info xəbər ve...