08.02.2020

“Boeing”da ciddi səhvlər aşkarlandı

“Starliner” kosmik gəmisinin buraxılışında yaranan probleminin səbəblərini araşdıran NASA mütəxəssisləri “Boeing” şirkəti tərəfindən hazırlanan gəminin proqram təminatında ciddi səhvlər aşkar edib.

TASS-a istinadən xəbər verilir ki, bu barədə “The Washington Post” qəzeti agentliyin mütəxəssislərinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, şirkət indi kompüter sisteminin milyonlarla kod xəttini yoxlayır, bunun nə qədər vaxt alacağı bilinmir.

NASA-nın İnsan Araşdırmaları Departamentinin rəhbəri Duq Loverroun sözlərinə görə, gəminin proqram təminatındakı problemlə 346 nəfərin ölümü ilə nəticələnən iki “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması arasında əlaqə olub-olmaması hələlik bəlli deyil, ancaq gəminin “beynində” real pozuntular var.

“Hazırda proqramda neçə səhv olduğunu bilmirik. Bəlkə ikidir, bəlkə də yüzlərlə. Fakt budur ki, sənayenin bu sferası proqram təminatı hazırlanması işinin öhdəsindən çox pis gəlir”, — o deyib.

“Boeing” tərəfindən hazırlanan yeni “Starliner” kosmik gəmisi 13 ton ağırlığa malikdir. O, yeddi nəfərlik heyət üçün nəzərdə tutulub və 60 saat ərzində sərbəst uçuşa qadirdir.

Mənbə report.az


Digər xəbərlər


Prezident və xanımı İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı konsertində iştirak edib

Fevralın 20-də Romadakı Kuirinale Sarayında “2020-ci il — İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramı təqdim ...

40 kilometrlik tıxac - Türkiyədən gələn mallar yolda qaldı - FOTOLAR

Türkiyədən gələn TIR-lar Gürcüstan gömrüyündə qalıb. Gülüstan.info xəbər verir ki, çoxlu qar yağması nəticəsində Gürcüstan höküməti 3 gün ərzində ...

İlham Əliyev: "İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir"

«İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülməlidir və görüləcək, xüsusilə özəl sektorda və dövlət sektorunda. Hələ ki, dövlət sek...

Bu nazirlik onlayn əlaqə xidmətini istifadəyə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (sosial.gov.az) onlayn əlaqə xidməti bu gündən istifadəyə verildi. Məqsəd v...