11.02.2020

Bu nazirlik onlayn əlaqə xidmətini istifadəyə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (sosial.gov.az) onlayn əlaqə xidməti bu gündən istifadəyə verildi. Məqsəd vətəndaşlarla ünsiyyət və onların nazirliyə müraciət imkanlarının daha da genişləndirilməsi, vətəndaş müraciətlərinin, sorğularının real vaxt rejimində də operatv cavablandırılması mexanizminin tətbiqidir.

Daxil olan məlumata görə, bu xidmət vasitəsilə vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid olan bütün məsələlər üzrə (sosial müdafiə, əlilliyin müəyyən edilməsi və reabilitasiya, məşğulluq, əmək qanunvericiliyi, elektron xidmətlər və s.) suallarını yaza bilərlər.

Nazirliyin rəsmi internet səhifəsinə daxil olan şəxs səhifədə onlayn əlaqə (canlı çat) xidməti işarəsinə toxunduqdan sonra açılan lövhədə öz sualını (və ya suallarını) qeyd edir. Bu suallar 142-Çağrı mərkəzinin operatorları tərəfindən avtomatik qeydə alınır və cavablandırılır.

Cavablandırma xidmətinin sonunda vətəndaş onlayn əlaqə vasitəsilə göstərilən bu xidmətin keyfiyyətinin qiymətləndirilməsi üçün təklif olunan sorğuda da iştirak edə bilər.

Onlayn əlaqə xidməti həftənin I-V günləri saat 09.00-dan saat 18.00-dək, şənbə günləri isə saat 10.00-dan saat 13.00-dək canlı rejimdə fəaliyyət göstərəcək.

Mənbə moderator.az


Digər xəbərlər


Prezident və xanımı İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı konsertində iştirak edib

Fevralın 20-də Romadakı Kuirinale Sarayında “2020-ci il — İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramı təqdim ...

40 kilometrlik tıxac - Türkiyədən gələn mallar yolda qaldı - FOTOLAR

Türkiyədən gələn TIR-lar Gürcüstan gömrüyündə qalıb. Gülüstan.info xəbər verir ki, çoxlu qar yağması nəticəsində Gürcüstan höküməti 3 gün ərzində ...

İlham Əliyev: "İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir"

«İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülməlidir və görüləcək, xüsusilə özəl sektorda və dövlət sektorunda. Hələ ki, dövlət sek...

“Boeing”da ciddi səhvlər aşkarlandı

“Starliner” kosmik gəmisinin buraxılışında yaranan probleminin səbəblərini araşdıran NASA mütəxəssisləri “Boeing” şirkəti tərəfindən hazırlanan gəmin...