14.02.2020

Bugünkü iclasla bağlı MSK-dan MƏLUMAT

Fevralın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Gülüstan.info-ya verilən məlumata görə, əvvəlcə Komissiyanın 2020-ci il 31 yanvar və 1 fevral tarixli iclaslarının protokolları təsdiq olunub.

Sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının 9 fevral Milli Məclisə seçkilərdə qurumun tərkibində təmsil olunan beynəlxalq müşahidəçinin akkreditasiyasının ləğvi ilə bağlı MSK-ya ünvanladığı müraciətə baxılıb, müraciət təmin edilərək beynəlxalq müşahidəçinin akkreditasiyası ləğv olunub və ona verilən lövhəcik etibarsız hesab edilib.

İclasda 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar müxtəlif mənbələrdən – sosial şəbəkələrdən seçicilər tərəfindən MSK-ya ünvanlanan müraciətlərin və “Qaynar xətt”ə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq 80 saylı İmişli-Beyləqan, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 33 saylı Xətai birinci seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb. Daxil olmuş digər müraciətlər də Komissiyanın iclasında geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Beynəlxalq müşahidə missiyaları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.


Digər xəbərlər


Ermənistanda onlarla insan koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Yanvarın ikinci ongünlüyündən Ermənistanda koronavirus şübhəsi ilə onlarla insan xəstəxanaya yerləşdirilib. Ermənistan hökuməti yanında səhiyyə və...

Çində koronavirus can almaqda davam edir

Çində koronavirusa yoluxanların sayı 78 min nəfəri ötüb, 29 mindən çox insan sağalıb və xəstəxanalardan evə buraxılıb. “Qafqazinfo” bildirir ki, bu b...

Çin ABŞ-ın kənd təsərrüfatı məhsullarına idxal məhdudiyyətlərini qaldırmağa başlayır

Birinci Faza İqtisadiyyatı və Ticarət Sazişinə əsasən ABŞ Kənd Təsərrüfatı Nazirliyi, Çinin ABŞ-ın kənd təsərrüfatı məhsulları, o cümlədən quş əti, k...

Türkiyədə zəlzələ olub

Türkiyədə növbəti dəfə zəlzələ baş verib. Yeraltı təkanlar Malatyada yerli vaxtla saat 02:03-də qeydə alınıb. Qeyd edilir ki, zəlzələ 5 maqnitu...