14.02.2020

Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşündə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi müzakirə olunub.

Gülüstan.info xəbər verir ki, Azərbaycan Prezidenti görüşdə Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.


Digər xəbərlər


Türkiyədə zəlzələ olub

Türkiyədə növbəti dəfə zəlzələ baş verib. Yeraltı təkanlar Malatyada yerli vaxtla saat 02:03-də qeydə alınıb. Qeyd edilir ki, zəlzələ 5 maqnitu...

Göyçayda güclü külək yanğınlara səbəb olub

Güclü külək Göyçayda bir sıra fəsadlar törədib. Rayonda hektarlarla bağ, bir neçə tövlə yanıb. Günorta saatlarından əsməyə başlayan külək sonra...

Xocalı soyqırımından 28 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 28 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birlə...

Olimpiya oyunları təxirə salına bilər - Koronavirusa görə

Olimpiya oyunlarının taleyi koronavirusdan aslıdır. Gülüstan.info xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dick Pound deyib. O...