09.02.2020

Diqqət! Bir neçə qurum avtomobillərini satışa çıxarır

Üç böyük dövlət qurumu balansında olan istifadəsiz avtomobilləri hərraca çıxarır.

3 mart tarixində keçiriləcək hərraca Hesablama Palatası 4, Baş Prokurorluq 7, Ədliyyə Nazirliyi isə 10 avtomobil təqdim edib.

Hesablama Palatasının hərraca çıxardığı avtomobillər “Nissan” markalıdır və qiymətləri 6300-9000 manat arasında dəyişir.

Baş Prokurorluq isə hərraca müxtəlif markalı avtomobillər təqdim edib. Prokurorluğun ən yüksək qiymətə hərraca çıxardığı avtomobil “Volksvagen Passat” avtomobilidir və qiyməti 9000 manatdır.

Budəfəki hərraca ən münasib qiymətə avtomobilləri Ədliyyə Nazirliyi təqdim edib. Nazirliyin auksiona təqdim etdiyi ən bahalı avtomobilin — “Nissan Sanni”nin qiyməti 6500 manatdır.

Mənbə axar.az


Digər xəbərlər


Manatın sabaha məzənnəsi

Fevralın 26-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 26.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Mütəxəssislər Tesla avtomobillərində səhv tapdı - Şirkət adekvat addım atmayacaq

«McAfee» şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri Tesla elektrikli nəqliyyat vasitələrinin avtopilotunu sındırmağa (kənardan ...

Azərbaycanda qızıl və gümüş bahalaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Gülüstan.info xəbər verir ki, fevralın 24-də qızılın qiyməti fevralın 21-i ilə müqayisədə 61,8375 manat art...

Koronavirusdan "Samsung"a zərbə - Fabriklər bağlanır

«Samsung»un Cənubi Koreyadakı bir fabrikində işçilərdə koronavirus aşkar edilib və şirkət həmin fabriki bağlayıb. Gülüstan.info xəbər ve...