07.02.2020

Diqqət! Mədəniyyət Nazirliyi müsabiqə elan edir

2019-cu ildə Bakı şəhəri UNESKO-nun qərarı ilə bu təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilib. Bu əsasda «Azerbaijan Design Award» müsabiqəsi çərçivəsində Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması üçün Mədəniyyət Nazirliyi və «Kreativ Azərbaycan» portalı loqo müsabiqəsini elan edib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, müsabiqənin qalibi «Apple Macbook Air 2019» noutbukunu qazanacaq.

Mükafat qalibə «Azerbaijan Design Award» müsabiqəsinin yekun tədbirində təqdim olunacaq. Nazirlik ölkənin bütün dizaynerlərini bu müsabiqədə iştirak etməyə çağırır.

Layihələr azerbaijandesignaward.com saytında xüsusi “Baku Design City” kateqoriyasında qəbul olunacaq. Layihələrin qəbul tarixi 10 fevral — 20 fevral arasında aparılacaq. Müsabiqənin qalibi «Azerbaijan Design Award 2020» layihəsinin final gecəsində canlı elan ediləcək.

İştirak şərtləri:

— İştirakçı olmaq üçün rəsmi saytda qeydiyyatdan keçmək lazımdır;

— Hər iştirakçı mövzu üzrə maksimum 2 versiya təqdim edə bilər;

— Hər layihə mütləq 5 şəkildən (jpeg) ibarət olmalıdır;

— Hər yüklənən şəklin maksimum ölçüsü 2 mb olmalıdır;

— Təqdim olunan layihənin izahedici mətni olmalıdır;

— Təqdim olunan layihələr sizə məxsus olmalıdır.

UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi haqqında məlumat: https://en.unesco.org/creative-cities/home

Mənbə axar.az


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellas...

Prezident və xanımı Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə...

Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuir...

İtaliyanın ənənəvi portağal döyüşü festivalı bu il də keçirildi

Hər il olduğu kimi, çərşənbə axşamı günü, İtaliyadakı “İvrea” şəhərinin vətəndaşları, bir-birlərinə portağal atmaq üçün əsas meydanda toplaşıblar. ...