10.02.2020

Elon Muskdan növbəti inqilab vədi — İnsan beyni üçün neyrointerfeys hazırlayacaq

Elon Musk, süni zəka texnologiyalarının sürətli inkişafından narahat olan şəxslərdən biridir. İnsan sivilizasiyasının bu cür texnologiyalardan qorunması üçün o, Neuralink şirkətini yaratdı. Bir çox mütəxəssis ilə alimin bu layihəyə skeptik yanaşmasına baxmayaraq Musk neyrointerfeys hazırlanması sahəsində inqilab yaradacağını bildirib. Bu barədə Inverse.com saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Neuralink layihəsinin əsas məqsədlərindən biri insan ilə kompüter arasında neyron şəbəkənin yaradılmasıdır.

Bu isə öz növbəsində görmə, danışma və eşitmə bacarıqlarını itirmiş şəxslərə gündəlik həyatda normal yaşamaq imkanını verəcək. Keçən ilin yay fəslində Musk Neuralink şirkəti tərəfindən yaradılmış N1 adlı çipdən danışmışdı. 4×4 ölçüsündə olan bu çip 1024 elektroddan ibarətdir. İnsanın qulaq ətrafında yerləşən induktiv cihaza Bluetooth vasitəsilə qoşulan 4 mikrosxem sayəsində istifadəçi öz fikrinin köməyi ilə kompüteri və ya smartfonu idarə edə bilər. Musk-ın sözlərinə əsasən bu il şirkət çipin daha təkmilləşdirilmiş versiyasını təqdim edəcək.

“Nəticədə həmin çip insult, uşaqlıqdan bəri olan hansısa xəstəlik və ya sonradan baş vermiş hansısa hadisə səbəbilə beynin itirilmiş bölgələrini bərpa edə biləcək. Potensial cəhətdən bu, beyin və motor funksiyalarının bərpasına yol aça bilər. Bunun digər yolla edilməsi məvcud deyil” — deyə Musk öz Twitter hesabında qeyd edib. Neuralink şirkətinin istiqamətlərindən biri həmçinin epilepsiya və Parkinson xəstəliyindən əziyyət çəkən insanların səhhətlərinin yaxşılaşdırılması ola bilər. Neuralink-in növbəti böyük təqdimatı bu ilin yay fəslinə planlaşdırılır. Musk-ın fikrincə bu yüksək texnoloji implantlardan artıq yaxın 5-7 ildə istifadə etmək mümkün olacaq.

Mənbə technote.az


Digər xəbərlər


Manatın sabaha məzənnəsi

Fevralın 26-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 26.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Mütəxəssislər Tesla avtomobillərində səhv tapdı - Şirkət adekvat addım atmayacaq

«McAfee» şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri Tesla elektrikli nəqliyyat vasitələrinin avtopilotunu sındırmağa (kənardan ...

Azərbaycanda qızıl və gümüş bahalaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Gülüstan.info xəbər verir ki, fevralın 24-də qızılın qiyməti fevralın 21-i ilə müqayisədə 61,8375 manat art...

Koronavirusdan "Samsung"a zərbə - Fabriklər bağlanır

«Samsung»un Cənubi Koreyadakı bir fabrikində işçilərdə koronavirus aşkar edilib və şirkət həmin fabriki bağlayıb. Gülüstan.info xəbər ve...