13.02.2020

«Heç bir şikayət video görüntüləri əvəz edə bilməz” — Məzahir Pənahovdan təşəkkür

Səsvermə günü baş vermiş pozuntuların 90-95 faizi sosial şəbəkələrdə yayılan görüntülərdir.

Gülüstan.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, sosial şəbəkələrin bu cür istifadə olunması yaxşı ənənədir: “İnsanlar müşahidə etdiyi məlumatı sosial şəbəkəyə yerləşdirir və biz də onu əsas götürürük. Sosial şəbəkələrdə neqativ hallarla bağlı paylaşım edən şəxslərə, blogerlərə təşəkkür edirəm. Heç bir şikayət video görüntüləri əvəz edə bilməz”.

MSK sədri əlavə edib ki, seçki məntəqələrində müşahidəçinin ancaq seçkini müşahidə etmək və qanun pozuntusu varsa, bunu qeyd edib, məntəqə seçki komissiyasının sədrinə təqdim etmək hüququ var.

“Məntəqədə komissiyaya göstəriş vermək müşahidəçinin hüququ deyil. Məntəqələrin çoxunda müşahidəçilər qanun pozuntularına yol verib. Bu pozuntular cinayət tərkibi ola biləcək pozuntulardır”.


Digər xəbərlər


Mehriban Əliyevadan Xocalı soyqırımı ilə bağlı paylaşım

Gulustan.info məlumat verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşı...

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edi...

Suriya məsələsində Azərbaycandan Türkiyəyə tam dəstək

“Beynəlxalq arenada bütün məsələlərdə Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm ki, olmayacaq ki, Azərbayca...

Çin rəhbəri koronavirusla bağlı İlham Əliyevə məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident.Yeni tip koronavirusun səbəb olduğu epid...