14.02.2020

İstirahət günlərinin havası

Azərbaycanda istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gülüstan.info-ya verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində havanınəsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil olacaq.

Qazax-Gəncə zonasında havanınəsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti təşkil olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, fevralın 15-də arabir güclənəcək.Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 7-10 dərəcə isti təşkil olacaq.


Digər xəbərlər


Çində koronavirus can almaqda davam edir

Çində koronavirusa yoluxanların sayı 78 min nəfəri ötüb, 29 mindən çox insan sağalıb və xəstəxanalardan evə buraxılıb. “Qafqazinfo” bildirir ki, bu b...

Çin ABŞ-ın kənd təsərrüfatı məhsullarına idxal məhdudiyyətlərini qaldırmağa başlayır

Birinci Faza İqtisadiyyatı və Ticarət Sazişinə əsasən ABŞ Kənd Təsərrüfatı Nazirliyi, Çinin ABŞ-ın kənd təsərrüfatı məhsulları, o cümlədən quş əti, k...

Türkiyədə zəlzələ olub

Türkiyədə növbəti dəfə zəlzələ baş verib. Yeraltı təkanlar Malatyada yerli vaxtla saat 02:03-də qeydə alınıb. Qeyd edilir ki, zəlzələ 5 maqnitu...

Göyçayda güclü külək yanğınlara səbəb olub

Güclü külək Göyçayda bir sıra fəsadlar törədib. Rayonda hektarlarla bağ, bir neçə tövlə yanıb. Günorta saatlarından əsməyə başlayan külək sonra...