24.02.2020

Mütəxəssislər Tesla avtomobillərində səhv tapdı — Şirkət adekvat addım atmayacaq

«McAfee» şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri Tesla elektrikli nəqliyyat vasitələrinin avtopilotunu sındırmağa (kənardan müdaxilə etməyə) və maşının maksimal sürətini gücləndirməyə qadir olublar.

Gülüstan.info xəbər verir ki, sistemi sındırmaq (kənardan müdaxilə etmək) Tesla MobilEye Q3-ün kamerasının köməyi ilə mümkün olub.

Belə ki, bu kamera yol nişanlarının oxunması üçün nəzərdə tutulub və həmçinin sürət həddi aşılarsa, sistemi sürət həddini yavaşlatmağa məcbur edən xüsusiyyətə malikdir.

«McAfee» əməkdaşları fərqinə varıblar ki, əgər  maksimal sürət həddi 35 mil olan yolda sürət həddi işarəsinə boz yapışan bantla kiçik zolaq əlavə edilsə, Tesla avtopilotu onu düzgün oxumayacaq. Zahirən işarə çox dəyişdirilmir və adi bir insan fərqi hiss etməz belə. Lakin avtopilot sistemi üçü səkkiz kimi oxuyur və sürəti avtomatik artırır.

Mütəxəssislər Teslanın alətlər panelində 35 mil məhdudiyyət nişanının əvəzinə 85 mil işarəsi göründüyünü və avtomobilin necə sürətləndiyini nümayiş etdiriblər. Bu təcrübədə Model X və Model S 2016 elektrik avtomobilləri sənanıb.

«Biz bunları əvvəlcədən öyrənirik, çünki gələcəkdə ağıllı sistemlər indi insanlar tərəfindən həll olunan vəzifələri yerinə yetirəcəkdir. Zəifliklərə və bu cür sistemlərin dizaynına görə çox ehtiyatlı deyiliksə, üçüncü tərəflərin hücumlarına məruz qalacağıq» deyə, eksperiment müəllifləri deyiblər.

Tesla hələ də «McAfee» mütəxəssislərinin açıqlamalarını cavablamayıb, lakin bildiriblər ki, bu barədə məlumatlıdırlar. Maraqlıdır ki, şirkət proqramdakı səhvi düzəltmək niyyətində olmadıqlarını bildirib.


Digər xəbərlər


Məhşur firma Türkiyədə mağazalarını bağladı

Dünyanın məhşur mebel mağazalar şəbəkəsi İKEA Türkiyədəki mağazalarını bağlayır. Gülüstan.info xəbər verir ki, bu barədə firma məlumat yayıb. M...

Azərbaycan dollarla bağlı qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Mərkəzi Bankdan Gülüstan....

Sahibkarlara dəstək veriləcək - Hökumət təkliflər hazırlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 17-də Baş Nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçü...

Qızıl və gümüş ucuzlaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Gülüstan.info xəbər verir ki, martın 13-də qızılın qiyməti martın 12-i ilə müqayisədə 96,696 manat azalaraq...