11.02.2020

Paytaxtda böyük corab fabriki açılır

Azərbaycanın aparıcı şirkəti olan «Bakı Tekstil Fabriki» Binaqədi rayonunda yeni tekstil fabriki açmağa hazırlaşır.

Şirkətin sahibi, tanınmış iş adamı Səkinə Babayeva bildirib ki, artıq fabrikin tikintisi başa çatmaq üzrədir, ümumilikdə fabrikə 4,5 milyon dollar yatırılıb və burada 110 nəfər çalışacaq.

S.Babayevanın sözlərinə görə, müəssisədə hazır məhsulların istehsalı genişləndiriləcək, əsas üstünlük corab istehsalına veriləcək: «Azərbaycanda kişi və ya qadın corab istehsalı yoxdur. Burada biz 7 sahəni birləşdiririk — iç geyimləri (kişi, qadın, uşaq), corab və eyni zamanda korporativ və gündəlik geyimlər».

Fabrikin İcraçı direktoru Elçin Babayev isə bildirib ki, Azərbaycanda «Corabçı» brendi ilə kişi, qadın və uşaq corabları istehsal edən fabrik bazar payını 3-4 dəfə artırmaq niyyətindədir: «Azərbaycanda coraba olan tələbatın 3%-ni ödəyirik. Bu göstəricini bu il 8-10% çatdırmaq niyyətindəyik. Bizdən başqa ölkədə  corab istehsalçıları daha çox sexlərdir.  Belə sexlərin satış nöqtələri «Binə» və «Sədərək» ticarət mərkəzləridir».

Bundan başqa, fabrik uşaq və kişilər üçün iç geyimləri, məktəbli və işçi geyimləri də istehsal edir.

Mənbə marja.az


Digər xəbərlər


Manatın sabaha məzənnəsi

Fevralın 26-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 26.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Mütəxəssislər Tesla avtomobillərində səhv tapdı - Şirkət adekvat addım atmayacaq

«McAfee» şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri Tesla elektrikli nəqliyyat vasitələrinin avtopilotunu sındırmağa (kənardan ...

Azərbaycanda qızıl və gümüş bahalaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Gülüstan.info xəbər verir ki, fevralın 24-də qızılın qiyməti fevralın 21-i ilə müqayisədə 61,8375 manat art...

Koronavirusdan "Samsung"a zərbə - Fabriklər bağlanır

«Samsung»un Cənubi Koreyadakı bir fabrikində işçilərdə koronavirus aşkar edilib və şirkət həmin fabriki bağlayıb. Gülüstan.info xəbər ve...