14.02.2020

Qənirə Paşayeva nə üçün Milli Məclisin spikeri ola bilməz?

VI çağırış parlament seçkilərində qələbə qazanan deputat Qənirə Paşayeva onun Milli Məclisin sədri olacağı ilə bağlı iddialara reaksiya verib.

Gulustan.info xəbər verir ki, Q.Paşayeva feysbukda onun Milli Məclisin sədri seçiləcəyi şaiələrinə etirazını bildirib. O, qeyd edib ki,  “Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir. Hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır, mən isə bitərəfəm. Digər tərəfdən, yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq.

Xahiş edirəm ki, əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm”.


Digər xəbərlər


Mehriban Əliyevadan Xocalı soyqırımı ilə bağlı paylaşım

Gulustan.info məlumat verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşı...

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərə yekun vurub və seçkilərin ümumi yekunlarına dair protokolu tərtib edi...

Suriya məsələsində Azərbaycandan Türkiyəyə tam dəstək

“Beynəlxalq arenada bütün məsələlərdə Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm ki, olmayacaq ki, Azərbayca...

Çin rəhbəri koronavirusla bağlı İlham Əliyevə məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident.Yeni tip koronavirusun səbəb olduğu epid...