24.02.2020

Ülvi Quliyevin lider olduğu Dairənin 4 məntəqəsinin nəticələri ləğv edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal Birinci Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədovun (Cəlaloğlu) müraciətinə baxılıb.

Gülüstan.info xəbər verir ki, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 10, 19, 28 və 29 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

İclasda daha sonra həmin dairənin 4 seçki ( 10, 19, 28 və 29 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 15 saylı Yasamal Birinci Seçki Dairəsinin lider namizədi Ülvi Quliyevdir.


Digər xəbərlər


Prezident və xanımı Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar. Gülüstan.in...

Adil Qəribov “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Adil Abdulxalıq oğlu Qəribovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb. G...

Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Gülüstan.info ...

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə...