25.03.2020

10 min nəfərə yaxın vətəndaşımız Azərbaycana gətirilib — RƏSMİ

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargahdan Gülüstan.info-ya verilən məlumata görə, xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının ilk növbədə azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində və karantin rejiminə yerləşdirməklə Azərbaycana gətirilməsi həyata keçirilir.

Bu günə qədər xüsusi çarter reysləri vasitəsilə 10.000 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının müxtəlif ölkələrdən Azərbaycana gətirilməsi təmin edilib.

Ölkə daxilində olan karantin məntəqələrinin qəbul etmək imkanlarını nəzərə alaraq, gələn həftə ərzində 200-400 nəfər Azərbaycan Respublikası vətəndaşının 14-21 və ya 21-28 günlük karantin rejimində yerləşdirməklə müxtəlif ölkələrdən geri qaytarılmasının təmin edilməsi planlaşdırılır.

Türkiyə ilə quru sərhəd yolu ilə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmaq istəyən Azərbaycan vətəndaşlarının müvəqqəti olaraq Türkiyə ərazisində sərhədyanı ərazilərdə yerləşdirilməsi, sonra qruplar şəklində Naxçıvan Muxtar Respublikası ərazisində yaradılan səhra karantin məntəqələrində 14-28 gün müddətinə karantinə alınmaları nəzərdə tutulub.

Xarici ölkələrdən gələn Azərbaycan Respublikası vətəndaşlarının karantinə alınması məcburi xarakter daşıyır və bütün vətəndaşlardan ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.


Digər xəbərlər


Türkiyədə koronavirusa yoluxanların sayı 7 mini keçdi

Türkiyədə son 24 saat ərzində koronavirusdan 16 nəfər ölüb. Gülüstan.info xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlum...

Birinci sinflər üçün müsahibələr təxirə salındı

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təş...

Mehriban Əliyeva onlara təşəkkür etdi - PAYLAŞIM

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində paylaşım edilib. Gülüstan.info xəbər verir ki, paylaşımda deyi...

Azərbaycanda 25 mindən artıq test aparılıb

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən...