17.03.2020

Sahibkarlara dəstək veriləcək — Hökumət təkliflər hazırlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 17-də Baş Nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün hökumətin iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Gülüstan.info-ya verilən məlumata görə, iclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb.

Hökumətə tapşırılıb ki, 1 həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün, dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.


Digər xəbərlər


Məhşur firma Türkiyədə mağazalarını bağladı

Dünyanın məhşur mebel mağazalar şəbəkəsi İKEA Türkiyədəki mağazalarını bağlayır. Gülüstan.info xəbər verir ki, bu barədə firma məlumat yayıb. M...

Azərbaycan dollarla bağlı qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Mərkəzi Bankdan Gülüstan....

Qızıl və gümüş ucuzlaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Gülüstan.info xəbər verir ki, martın 13-də qızılın qiyməti martın 12-i ilə müqayisədə 96,696 manat azalaraq...

Sabaha manatın məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, martın 1...