06.03.2020

Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı

2019-cu ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5466 nəfər olub.

Bu barədə Gülüstan.info-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Onlardan 31,8 faizi mədənçıxarma sənayesində, 30,5 faizi tikintidə, 10,7 faizi emal sənayesində, 6,5 faizi təhsil, 3,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 2,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və 11,4 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

2019-cu ilin ilkin məlumatlarına əsasən bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,8 saat təşkil edib.


Digər xəbərlər


Məhşur firma Türkiyədə mağazalarını bağladı

Dünyanın məhşur mebel mağazalar şəbəkəsi İKEA Türkiyədəki mağazalarını bağlayır. Gülüstan.info xəbər verir ki, bu barədə firma məlumat yayıb. M...

Azərbaycan dollarla bağlı qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Mərkəzi Bankdan Gülüstan....

Sahibkarlara dəstək veriləcək - Hökumət təkliflər hazırlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 17-də Baş Nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçü...

Qızıl və gümüş ucuzlaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Gülüstan.info xəbər verir ki, martın 13-də qızılın qiyməti martın 12-i ilə müqayisədə 96,696 manat azalaraq...