26.03.2020

Baş nazir icra hakimiyyətlərinə ciddi göstəriş verdi — Rejimə əməl olunmalıdır

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.

Operativ Qərargahdan Gülüstan.info-ya verilən məlumata görə, iclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.

Baş Nazir Ə.Əsədov bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmalıdır və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.

İclasda qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl olunması və ona nəzarət ən vacib tapşırıqdır.

Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.


Digər xəbərlər


Türkiyədə koronavirusa yoluxanların sayı 7 mini keçdi

Türkiyədə son 24 saat ərzində koronavirusdan 16 nəfər ölüb. Gülüstan.info xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlum...

Birinci sinflər üçün müsahibələr təxirə salındı

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təş...

Mehriban Əliyeva onlara təşəkkür etdi - PAYLAŞIM

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində paylaşım edilib. Gülüstan.info xəbər verir ki, paylaşımda deyi...

Azərbaycanda 25 mindən artıq test aparılıb

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən...