26.03.2020

Elm adamları aşkarladılar! Koronavirus özü üçün yeni yoluxma vasitəsi tapıb

Hollandiya Xalq Sağlamlığı və Ətraf Mühit İnstitutu, etdiyi araşdırmada, virusun bəzi xəstələrin nəcisindən kanalizasiyaya girdiyini tapıb və tullantı sulardan uzaq durmağı məsləhət görüb.

Gulustan.info xarici mediaya istinadən xəbər verir ki. İnstitut, mart ayının ortalarında, Hollandiyada virusun yayılmasından sonra kanalizasiya sularını araşdırıb. Ölkədə ilk rəsmi xəstənin aşkarlandığı Loon op Zand dairəsinin çirkab sularının təmizlənməsi ilə yanaşı, Kaatsheuvel, Tilburg və Amsterdam şəhərlərinin kanalizasiya şəbəkələrində koronavirus aşkarlanıb.

Kaatsheuvel qəsəbəsindəki təmizləyici qurğudan çıxan sularda virus olmadığını və kirli su ilə içməli su arasında heç bir əlaqə olmadığını ifadə edən Hollandiyalı mütəxəssislər, içməli suyun təhlükəsiz olduğunu açıqlayıb. Su Təsərrüfatı Birliyi bildirir ki, Kaatsheuveldə yerli sakinlər üçün heç bir risk yoxdur.


Digər xəbərlər


Türkiyədə koronavirusa yoluxanların sayı 7 mini keçdi

Türkiyədə son 24 saat ərzində koronavirusdan 16 nəfər ölüb. Gülüstan.info xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlum...

Birinci sinflər üçün müsahibələr təxirə salındı

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təş...

Mehriban Əliyeva onlara təşəkkür etdi - PAYLAŞIM

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində paylaşım edilib. Gülüstan.info xəbər verir ki, paylaşımda deyi...

Azərbaycanda 25 mindən artıq test aparılıb

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən...