11.03.2020

İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb

Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərində böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2020-ci il.


Digər xəbərlər


Koronavirusla mübarizəyə 5 milyon ayıran müğənni pərəstişkarlarına da pul yollayır

Ulduz müğənni Taylor Svift koronavirusla mübarizə üçün 5 milyon dollar pul ayırmaqdan əlavə pərəstişkarlarına da yardım edir. Gülüstan.info xəbər ...

Rauf Babayev vəfat edib

Bu gün Azərbaycanın Xalq artisti, müğənni Rauf Babayev 83 yaşında dünyasını dəyişib. Rauf Babayevlə vida mərasimi bu gün saat 13:00-da Təzə P...

Prezident Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev martın 12-də görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin abidəsinin uc...

Leyla Əliyevadan Azərbaycanı təsvir edən möhtəşəm paylaşım - Videoçarx

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” hesabında Azərbaycanı təsvir edən videoçarx paylaşıb. “Baku Media Center”in hazırla...