31.03.2020

Koronavirusla mübarizədə rəqəmsal texnologiya və mobil telefon tətbiqləri necə istifadə olunur?

Koronavirusa qarşı mübarizədə bəzi ölkələr cib telefonu tətbiqetmələri və rəqəmsal texnologiyanın verdiyi izləmə metodlarından istifadə edir.

Gulustan.info BBC-ə istinadən xəbər verir ki, xalqın hərəkəti və addımlarını izləyərək Kovid-19 xəritəsini tərtib edən ölkələr, bununla da pandemiyaya nəzarət etməyi və lazımi tədbirlər görməyi planlaşdırırlar.

Bu metodun pandemiyanın qarşısının alınmasınmasında  faydalı üsul olduğunu düşünənlərlə yanaşı, eyni zamanda, bu tətbiqi, fərdlərin dövlət nəzarəti ilə izlənilərək azadlıqlarının pozulması kimi dəyərləndirənlər də var.

İndi isə hansı ölkələrin həmin tətbiqlərdən istifadə etdiyinə baxaq:

Çin

CNBC-nin hesabatına görə, Çin hökuməti 14 gün karantində olanların evlərini tərk etməmələrini təmin etmək üçün qapılarının qarşısında qapalı dövrə kamera sistemi quraşdırıb.

Eyni zamanda duronlarla xalqa»Maskalarınızı taxın» deyilib.

Fevral ayında yayımlanan bir videoda, Çində bir dronla, küçədə gəzən yaşlı bir qadına «daha çox tədbir görmə» xəbərdarlığı verilib.

Çin rəsmi yayımcısı Global Times-ın verdiyi məlumata görə, dron: «Bəli, xala, pilotsuz təyyarə sizinlə danışır. Maska olmadan gəzə bilməzsiniz. Evə qayıtsaz yaxşı olar, əllərinizi yumağı unutmayın»-deyir.

Həmçinin, Çində, fərdlərin sağlamlıq vəziyyətləri, mobil telefonlara yüklənən tətbiqdəki barkod ilə də izlənilir. Məlumat, mərkəzi məlumat bazasında qeyd olunur.

Tətbiqdə üç rəng var: Yaşıl, sarı və qırmızı. Bu rənglər fərdin necə davranacağını təyin etmək üçün istifadə olunur.

Yaşıl: Sərbəst hərəkət

Sarı: Yalnız yerli gəzinti

Qırmızı: Karantin

Qeyd edək ki, bütün bu məlumatlarda, Çin hökuməti, texnologiya nəhəngləri Tencent, WeChat, Alipay və Alibaba-dan kömək alır.

Sinqapur

Sinqapur hökuməti, şəxsləri izləmək üçün martın 20-sindən bəri “TraceTogether” adlı bir tətbiqdən istifadə edir. Kovid-19 xəstələrinin başqaları ilə təmasda olub olmadığını müəyyən etmək üçün mobil telefonlardakı Bluetooth siqnalları işə salınır.

İstifadəçinin telefonundakı məlumatlar sistemdə 21 gün qala bilər, lakin bu məlumatlar məkan məlumatlarını ehtiva etmir və istifadəçinin telefon rəhbərinə çatmır.

İctimaiyət, tətbiqetməni yükləməyə  məcbur edilməyib, lakin sistem elan edildiyi vaxtdan ən azı 500 min insan bu tətbiqetini mobil telefonlarına yükləyib.

Qeyd edək ki, məlumatlar birbaşa hökumətlə paylaşılmır və 21 gündən sonra silinir.

Rusiya

Karantin dövrünün başladığı Rusiyada, koronavirusun izini üz tanıma texnologiyası vasitəsilə polis izləyəcək.

Moskva rəhbərliyinin üz tanıma texnologiyasının tətbiqi, bu ilin əvvəlində məxfiliyin və şəxsi həyatın pozulmasına görə tənqid edilmişdi, lakin indi ölkədə virusun yayılmasına nəzarət etmək üçün məqbul bir metod olaraq görülür.

Martın ortalarında Moskva polisi, üz tanıma texnologiyası ilə karantin və təcrid tədbirlərinə əməl etməyən 200 nəfəri aşkar etdiklərini və cərimə etdiklərini açıqlayıb.

Avropa

Belçikanın paytaxtı Brüssel, İngiltərə, İspaniya və İtaliyanın bəzi şəhərlərində karantin və təcrid tədbirlərinin həyata keçirilməsini yoxlamaq üçün dronlardan istifadə olunur. Mart ayının sonundan etibarən Fransa da dronlarla  nəzarət fəaliyyətlərinə başladı. «France 24» –ün məlumatına görə,  «dronlar polis əməkdaşlarını əvəz etməyəcək, lakin əlbəttə ki, onlar məlumat toplamağın bir hissəsi olacaqlar» –deyə Paris polisindən Didye Lallement, bildirib.

Şəxsi məlumatların pozulması, məxfilik siyasətinin ciddi qaydalara tabe olduğu Avropada mobil telefon tətbiqləri ciddi müzakirə obyektinə çevrilib.


Digər xəbərlər


Yevlaxda qaraçılar aksiyaya cəhd edib - Polisə xəsarət yetirilib

Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər. DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan Gulustan.inf...

Pensiya ilə bağlı qanun layihəsinə dəyişiklik edilib

Pensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pensiyasının bir növünd...

Qazaxıstanda məhdudiyyətlər yığışdırılır

Qazaxıstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət bitib. Gulustan.info «Reuters»ə istinadən xəbərə veri...

Toy və yas mərasimləri keçirilə bilər? - Rəsmi cavab

«Bütün ölkə əraziində toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalır». Gulustan.info xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mə...