17.03.2020

Mehriban Əliyeva: “Bu ad hər birimizdə ən xoş duyğular oyadır”

“Vaqif Mustafazadə… Bu ad hər birimizdə ən xoş duyğular oyadır. Qısa, lakin mənalı ömür yaşadı. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etdi. Qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı”.

Bu sözlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Instagram” səhifəsində yer alıb.

Mehriban Əliyeva bildirib ki, 80 illiyi qeyd olunan Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır: “Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Vaqif Mustafazadənin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Fondu tərəfindən 2012-ci ildə bəstəkarın həyat və yaradıcılığından bəhs edən musiqi albomu nəşr edilmiş, yaxın zamanlarda isə əsaslı yenidənqurma işləri aparılan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi istifadəyə veriləcəkdir”.


Digər xəbərlər


Prezident və xanımı Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar. Gülüstan.in...

Adil Qəribov “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Adil Abdulxalıq oğlu Qəribovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb. G...

Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Gülüstan.info ...

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə...