26.03.2020

Mütəxəssislər böyük insanoid meymunları infeksiyadan qorumağa çağırdı

Təbiəti mühafizə mütəxəssisləri, ən yaxın qohumlarımız  olan böyük insanoid meymunları koronavirusdan qorumaq üçün dərhal tədbir görməyə çağırıblar.

“Nature”(Təbiət) jurnalında bir məktub dərc edən mütəxəssislər, gorillalar, şimpanzelər və orangutanların virusa məruz qalma riskini azaltmaq üçün yeni addımların atılmasının lazım olduğunu bildiriblər.

Böyük insanoid meymunlarının bu günə qədər qarşılaşdıqları ən böyük təhlükə, yaşayış yerlərinin azaldılması və qanunsuz ovlanmaları idi.

Lakin alimlər bildirirlər ki, koronavirus pandemiyası göz ardı edilə bilməz bir təhlükədir.

Açıq məktubu imzalayan elm adamlarından biri Liverpool John Moores Universitetinin professor Pr. Serj Viç: «Koronavirusun onlara necə təsir edəcəyini bilmirik, buna görə virusa məruz qalma riskini azaltmalıyıq» -deyə, əlavə edib.

«Turizmi azaltmaq lazımdır. Bəzi ölkələr bunu etməyə başlayıblar. Həmçinin, araşdırmaları azaltmaq və təbiətə qayıtmaq  proqramlarına çox diqqətli olmaq lazımdır. Çünki bu hərəkətlər böyük insanoid meymunların insanlara fiziki yaxınlaşmasına səbəb olur və virusun ötürülmə riskini artırır.»


Digər xəbərlər


Türkiyədə koronavirusa yoluxanların sayı 7 mini keçdi

Türkiyədə son 24 saat ərzində koronavirusdan 16 nəfər ölüb. Gülüstan.info xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlum...

Birinci sinflər üçün müsahibələr təxirə salındı

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təş...

Mehriban Əliyeva onlara təşəkkür etdi - PAYLAŞIM

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində paylaşım edilib. Gülüstan.info xəbər verir ki, paylaşımda deyi...

Azərbaycanda 25 mindən artıq test aparılıb

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən...