26.03.2020

Paytaxtının bütün sakinləri koronavirus testindən keçiriləcək

Tezliklə Buxarestin bütün sakinləri koronavirusla bağlı yoxlamadan keçirilə bilər.

Bu barədə “Antena 3” telekanalının efirində Rumıniyanın səhiyyə naziri Viktor Kostake bildirib.

“Biz Cənubi Koreyada olduğu kimi mobil qrupların köməyi ilə Buxarestin bütün sakinlərini koronavirus yoxlamasından keçirmək üçün innovasiya proqramını reallaşdırmaq istəyirik. Hazırda bizə 2-5 milyon test lazımdır”, – Kostake bildirib.

Səhiyyə Nazirliyinin başçısı qeyd edib ki, bu gün analizlər karantində olan bütün insanlardan götürülmür. O, gələn həftə ölkədə COVID-19-u yoxlamaq üçün ölkədə daha çox test olacağına ümidini ifadə edib.

Qeyd edək ki, Rumıniyada koronavirusa 906 yoluxma qeydə alınıb. Ölkədə 17 xəstə pandemiyanın qurbanı olub.


Digər xəbərlər


Türkiyədə koronavirusa yoluxanların sayı 7 mini keçdi

Türkiyədə son 24 saat ərzində koronavirusdan 16 nəfər ölüb. Gülüstan.info xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlum...

Birinci sinflər üçün müsahibələr təxirə salındı

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təş...

Mehriban Əliyeva onlara təşəkkür etdi - PAYLAŞIM

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində paylaşım edilib. Gülüstan.info xəbər verir ki, paylaşımda deyi...

Azərbaycanda 25 mindən artıq test aparılıb

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən...