26.03.2020

ÜST-dən açıqlama — Hər 10 ölümdən 7-i…

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlərdə Avropada koronavirusa yoluxanların və ölənlərin sayında azalma olduğunu açıqlayıb.

Gülüstan.info xəbər verir ki, bu barədə ÜST-ün Avropa direktoru Hans Kluge məlumat verib.

Onun sözlərinə görə, bölgədə vəziyyət çox ciddidir:

«Vəziyyətin çox ciddi olmasına baxmayaraq, ümidverici bəzi şeylər görməyə başladıq. Bölgədə ən yüksək rəqəmlər İtaliyadadır. İtaliyada yoluxanların və ölənlərin sayı azalmağa başlayıb.

Avropada bu günə qədər 220 mindən çox insan koronavirusa yoluxub, 11 min 987 nəfər isə koronavirusdan ölüb».

ÜST-dən bildirilib ki, dünya üzrə koronavirusa yoluxanlardan 10-dan 6-ı, koronavirusdan ölənlərdən də 10-dan 7-i Avropada baş verir.


Digər xəbərlər


Türkiyədə koronavirusa yoluxanların sayı 7 mini keçdi

Türkiyədə son 24 saat ərzində koronavirusdan 16 nəfər ölüb. Gülüstan.info xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlum...

Birinci sinflər üçün müsahibələr təxirə salındı

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təş...

Mehriban Əliyeva onlara təşəkkür etdi - PAYLAŞIM

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində paylaşım edilib. Gülüstan.info xəbər verir ki, paylaşımda deyi...

Azərbaycanda 25 mindən artıq test aparılıb

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən...