27.03.2020

«Yuventus»-un sabiq prezidentindən Ronaldoya qarşı sərt tənqid: «Hovuzda şəkil çəkdirməkdən başqa heç nə etmir»

İtaliya nəhəngi Juventusun keçmiş prezidenti Giovanni Cobolli Gigli: «Ronaldo, anasının səhhətində problem olduğu üçün Portuqaliyaya getdiyini dedi amma hovuzda şəkil çəkdirməkdən başqa heç nə etmir» deyərək ulduzu tənqid edib.


Qeyd edək ki, «Yuventus»- un Portuqaliyalı dünya ulduzu Cristiano Ronaldo, anası Dolores Aveiro iflic olunduqdan və xəstəxanaya aparıldıqdan sonra klubdan icazə alaraq ölkəsinə gedib. Komanda yoldaşı Rugani-nin koronavirus testi müsbət çıxdıqdan sonra, o, İtaliyaya qayıtmayacağını açıqlayıb və liqaların təxirə salınması ilə Portuqaliyada qalıb.


Ronaldonun İtalaliyadan getməsindən sonra Juventusda işlərin qarışıq olduğunu bildirən Giovanni Cobolli Gigli, Radio Punto Nuovo radiosuna «Anasının səhhətində problem olduğu üçün Portuqaliyaya getdiyini dedi, ancaq hovuzda şəkil çəkdirməkdən başqa bir şey etmir»-dedi. Ona Anasına görə istisna hal olaraq icazə verildi amma vəziyyət çətinləşdikcə digər futbolçular da getmək istədi. Ciddi bir pandemiya ilə mübarizə aparırıq. Hər kəs karantində olmalı idi»-deyib.


Digər xəbərlər


Türkiyədə koronavirusa yoluxanların sayı 7 mini keçdi

Türkiyədə son 24 saat ərzində koronavirusdan 16 nəfər ölüb. Gülüstan.info xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlum...

Birinci sinflər üçün müsahibələr təxirə salındı

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təş...

Mehriban Əliyeva onlara təşəkkür etdi - PAYLAŞIM

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsində paylaşım edilib. Gülüstan.info xəbər verir ki, paylaşımda deyi...

Azərbaycanda 25 mindən artıq test aparılıb

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən...