Bakı 19 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

03.04.2020

Koronavirusun dünyaya təsirləri- Seysmoloqlar danışdı

Artıq dünyanın bir çox yerində izdihamlı küçələr boşdur. Tıxac azalıb. Bir çox insan məcburi olmasa çölə çıxmır.

Gulustan.info BBC-yə istinadən xəbər verir ki, koronavirusla mübarizə tədbirləri dünyanı daha sakit bir yerə çevirib və bu səssizlik də elm adamlarının diqqətini çəkib.

Dünyadakı seysmoloqlar indi daha az seysmik səs-küy; yəni avtomobillərdən, qatarlardan, avtobuslardan və insan hərəkətlərindən yaranan titrəmələri müşahidə edir və bu səs-küyün yox olması səbəbindən yer qabığının daha az titrədiyini bildiriblər.

CNN-in məlumatına görə, bu fenomen əvvəlcə Belçika Kral Rəsədxanasında geoloq və seysmoloq Tomas Lecocq tərəfindən görülüb.

Səs-küy səviyyəsi 30-50 faiz azalıb

Lecocq-a görə, martın ortalarından etibarən paytaxt Brüsseldə seysmik səs-küy 30-50 faiz azalıb.

Belçikada məktəblərin və iş yerlərinin bağlanması və digər sosial məsafə qaydalarının tətbiqi bu tarixə təsadüf edir.

Tomas Lecocq deyir ki, bu səs səviyyəsi Belçikada sadəcə hər kəsin evdə qaldığı Noeldə görülüb.

Səsin azalması xüsusilə Brüsseldə maraqlı nəticəni üzə çıxardı: stansiyada Lecocq və digər seysmoloqlar, bu səssizlik sayəsində müəyyən zəlzələ stansiyalarının müşahidə edə bilmiyəcəyi qədər kiçik titrəmələri ölçməyə başlayıblar.

Lecocq: “Məsələn, Brüsseldəki zəlzələ stansiyası. Normal vaxtlarda bu» lazımsız «bir stansiyadır”-deyir.

Zəlzələ stansiyaları,ümumiyyətlə, şəhər yerlərindən kənarda quraşdırılır. İnsanlardan qaynaqlanan səs-küyün az olması səbəbindən stansiyalar yerdəki kiçik titrəmələri ölçə bilir.

Brüsseldəki stansiya bir əsrdən çox əvvəl qurulmuşdu; yəni, şəhər genişlənmədən çox əvvəl.

Şəhərdəki səs-küy səbəbindən Brüsseldəki stansiya kiçik seysmik hərəkətləri qeydə ala bilmir.

«Ancaq şəhər indi o qədər sakitdir ki, aşağıdakı səs səviyyəsi ilə yuxarıdakı səs səviyyəsi demək olar ki, eynidir» deyir Lecocq.

Digər ölkələrin seysmoloqları da oxşar şeyləri müşahidə edirlər. İngiltərənin paytaxtı Londonda seysmoloq Paula Koelingijer, Londonun Twickenham bölgəsində məktəblərin və sosial məkanların bağlanmasından sonra səs-küyün nə qədər azaldığını göstərən bir sxem yayımlayıb.

Califronia Texnologiya İnstitutunun doktorantı olan Celeste Labedz, Tviter paylaşımında Los Angelesdə səs-küy səviyyəsində kəskin bir düşmənin necə yaşandığını göstərən bir qrafikə yer verib.

Bu həm də virusun həyatı necə dayandırdığının və təhlükəli olmasının sübutudur.

Tomas Lecocq-a görə, bu qrafiklər, dünyada insanların evdə qalmaq və kənar fəaliyyətlərini azaltmaq çağırışlarına əməl etməsinin göstəricisidir.

Lecocq: «Seysmoloji olaraq, insanlara deyə bilərik ki: “Baxın, özünüzü evdə tək hiss edirsiniz. Ancaq əmin olun ki, hamı evdədir. Hər kəs eyni şeyi edir. Hər kəs qaydalara əməl edir”-‘deyib.


Digər xəbərlər


Avtobus sürücüsünü döyən şəxslə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama yayıb. DİN-dən Gulustan.info-ya daxil ol...

Prezident yeni yolun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilomet...

Azərbaycanda boşanmaların sayı açıqlandı

2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 min 312 nikah qeydə alınıb. Bu barədə Dövlət Statistik...

ANAMA-nın əməkdaşı minaya düşüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaranı — Zeynalov Telman B...

Türkiyədə Polad Həşimov adına park açıldı - Foto

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvv...

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür etdi

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə müraciət edib. AZƏRTAC-da yayımlanan müraciətdə deyilir:...

TƏBİB-dən koronavirus vaksinlərinin ilk kimlərə vurulacağı ilə bağlı açıqlama

Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq. Gulustan.info xəbər verir ki, bunu TƏBİB-in...

Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüş keçirib

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, deputat Tural Gəncəliyev Ermənistanın Azərbaycana...