Bakı 10 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0271
TRY 0.2156
Qızıl 3072.648
Gümüş 39.4199

30.04.2020

Əmək müqaviləsi olan 320 min şəxsə 190 manat verilməyib

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət etmiş şəxslərdən 320 min şəxsin adına aktiv əmək müqaviləsi olduğu müəyyən olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq, Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olan şəxslər işsiz hesab edilmirlər və onlara birdəfəlik ödəmə təyin edilmir.

Bu səbəbdən aktiv əmək müqaviləsi aşkar edilən həmin 320 min şəxsə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.

Vətəndaşların birdəfəlik ödəmənin alınması üçün etdikləri hər bir müraciət müxtəlif dövlət qurumlarının ümumilikdə 25 elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunur və nəticəsi əsasında qərar qəbul edilir.

Onu da bildirək ki, aprelin 9-dan birdəfəlik ödəmələrin verilməsi işləri aparılır və bu günədək 500 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.


Digər xəbərlər


Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,09 ABŞ dolları, yaxud 0,19% a...

Aralıq dənizinin “Tesla”-sı yol almaq üçün gün sayır

Şimali Kipr Türk Respublikasının (KKTC) ilk yerli elektrikli avtomobili olan Günsel B9 İstanbulda TÜYAP Sərgi və Konqres Mərkəzin...

Bu ay üzrə ünvanlı sosial yardımlar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən noyabr ayı üzrə ünvanl...

Neftin qiyməti 49 dolları keçdi

Dünyada neft qiymətlərində artım müşahidə olunub. Bu barədə TASS məlumat yayıb. “Brent” markalı neftin yanvar fyuçerslərini...

Qarabağdakı hava limanları ICAO reyestrinə daxil ediləcək

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha 6 hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilmə...

Neft bahalaşır

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. Bu barədə RT xəbər verib. Bildirilir ki, WTI markalı neftin yanvar fy...

Azərbaycan tibbi maska ixracına hazırlaşır

“Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsi bir neçə müddət bundan əvvəl tibb...

Azərbaycan nefti kəskin bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 1,50 ABŞ dolları, yaxud 3,35 % ...