Bakı 7 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0271
TRY 0.2156
Qızıl 3072.648
Gümüş 39.4199

30.04.2020

ADNA-da törədilən terror aktından 11 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktından 11 il ötür.

Kütləvi qətl ilə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.

Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin keçirdiyi tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər — Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb


Digər xəbərlər


Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi

Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir: «Silahlı Qüvvələrin A...

Yoluxanların sayı 4 mini ötdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4212 yeni yoluxma faktı qeydə alınıb, 1760 nəfər müalicə olunaraq sağalıb və evə bu...

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” (War Wounded Kit) ianə edilib

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 10 ədəd “Döyüş yaralıları üçün tibbi...

Hökumət üzvləri işğaldan azad olunmuş ərazilərin bərpasını müzakirə edib

Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib. Nazirlə...

TƏBİB vətəndaşlara müraciət edib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla bağlı vətəndaşlara müraciət edib. Gulustan.info xəbər verir ki...

DİN: Vətəndaşın təzyiqə məruz qalması həqiqəti əks etdirmir

“Vətəndaş Ruslan Quliyevin polis tərəfindən təzyiqə məruz qalması barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir, əsassızdır...

Restoran, bərbərxana və gözəllik salonları da işləməyəcək

Bu gündən noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb. Bu barə...

Türkiyə parlamenti Fransa Senatının Qarabağ üzrə qətnaməsini pislədi

Türkiyə Böyük Millət Məclisinin üzvləri Fransa Senatının Dağlıq Qarabağ üzrə qətnaməsini qətiyyətlə pisləyiblər. Bu barədə “An...