Bakı 7 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0271
TRY 0.2156
Qızıl 3072.648
Gümüş 39.4199

30.04.2020

Baş Prokurorluq arvadını öldürən şəxslə bağlı açıqlama yayıb

Baş Prokurorluq Abşeron rayonunda həyat yoldaşını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov açıqlamasında bildirib ki, ilkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.
K.Zeynalov, həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər


Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi

Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir: «Silahlı Qüvvələrin A...

Yoluxanların sayı 4 mini ötdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4212 yeni yoluxma faktı qeydə alınıb, 1760 nəfər müalicə olunaraq sağalıb və evə bu...

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” (War Wounded Kit) ianə edilib

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 10 ədəd “Döyüş yaralıları üçün tibbi...

Hökumət üzvləri işğaldan azad olunmuş ərazilərin bərpasını müzakirə edib

Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib. Nazirlə...

TƏBİB vətəndaşlara müraciət edib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla bağlı vətəndaşlara müraciət edib. Gulustan.info xəbər verir ki...

DİN: Vətəndaşın təzyiqə məruz qalması həqiqəti əks etdirmir

“Vətəndaş Ruslan Quliyevin polis tərəfindən təzyiqə məruz qalması barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir, əsassızdır...

Restoran, bərbərxana və gözəllik salonları da işləməyəcək

Bu gündən noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb. Bu barə...

Türkiyə parlamenti Fransa Senatının Qarabağ üzrə qətnaməsini pislədi

Türkiyə Böyük Millət Məclisinin üzvləri Fransa Senatının Dağlıq Qarabağ üzrə qətnaməsini qətiyyətlə pisləyiblər. Bu barədə “An...