Bakı 7 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0271
TRY 0.2156
Qızıl 3072.648
Gümüş 39.4199

30.04.2020

İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edilib

Birdəfəlik ödəmə (190 manat) proqramı işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Gulustan.info-ya verilən məlumata görə, bu ödəməni almaq üçün edilmiş müraciətlərin e-sistem tərəfindən emalı zamanı Daxili İşlər Nazirliyinin müvafiq informasiya bazasından əldə edilmiş məlumatlar əsasında onlardan 19 min 200 şəxsin adında 2 və daha çox avtomobil olduğu müəyyən olunub.

Həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir.

Birdəfəlik ödəmələr ünvanlılıq prinsipi əsasında, aztəminatlılıq meyarlarına uyğun gələn şəxslərə təyin olunur.

Hazırda da müraciətlərə baxılması prosesi davam edir.


Digər xəbərlər


Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi

Baş Prokurorluq və və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir: «Silahlı Qüvvələrin A...

Yoluxanların sayı 4 mini ötdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4212 yeni yoluxma faktı qeydə alınıb, 1760 nəfər müalicə olunaraq sağalıb və evə bu...

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” (War Wounded Kit) ianə edilib

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 10 ədəd “Döyüş yaralıları üçün tibbi...

Hökumət üzvləri işğaldan azad olunmuş ərazilərin bərpasını müzakirə edib

Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib. Nazirlə...

TƏBİB vətəndaşlara müraciət edib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla bağlı vətəndaşlara müraciət edib. Gulustan.info xəbər verir ki...

DİN: Vətəndaşın təzyiqə məruz qalması həqiqəti əks etdirmir

“Vətəndaş Ruslan Quliyevin polis tərəfindən təzyiqə məruz qalması barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir, əsassızdır...

Restoran, bərbərxana və gözəllik salonları da işləməyəcək

Bu gündən noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb. Bu barə...

Türkiyə parlamenti Fransa Senatının Qarabağ üzrə qətnaməsini pislədi

Türkiyə Böyük Millət Məclisinin üzvləri Fransa Senatının Dağlıq Qarabağ üzrə qətnaməsini qətiyyətlə pisləyiblər. Bu barədə “An...