03.04.2020

Koronavirusun dünyaya təsirləri- Seysmoloqlar danışdı

Artıq dünyanın bir çox yerində izdihamlı küçələr boşdur. Tıxac azalıb. Bir çox insan məcburi olmasa çölə çıxmır.

Gulustan.info BBC-yə istinadən xəbər verir ki, koronavirusla mübarizə tədbirləri dünyanı daha sakit bir yerə çevirib və bu səssizlik də elm adamlarının diqqətini çəkib.

Dünyadakı seysmoloqlar indi daha az seysmik səs-küy; yəni avtomobillərdən, qatarlardan, avtobuslardan və insan hərəkətlərindən yaranan titrəmələri müşahidə edir və bu səs-küyün yox olması səbəbindən yer qabığının daha az titrədiyini bildiriblər.

CNN-in məlumatına görə, bu fenomen əvvəlcə Belçika Kral Rəsədxanasında geoloq və seysmoloq Tomas Lecocq tərəfindən görülüb.

Səs-küy səviyyəsi 30-50 faiz azalıb

Lecocq-a görə, martın ortalarından etibarən paytaxt Brüsseldə seysmik səs-küy 30-50 faiz azalıb.

Belçikada məktəblərin və iş yerlərinin bağlanması və digər sosial məsafə qaydalarının tətbiqi bu tarixə təsadüf edir.

Tomas Lecocq deyir ki, bu səs səviyyəsi Belçikada sadəcə hər kəsin evdə qaldığı Noeldə görülüb.

Səsin azalması xüsusilə Brüsseldə maraqlı nəticəni üzə çıxardı: stansiyada Lecocq və digər seysmoloqlar, bu səssizlik sayəsində müəyyən zəlzələ stansiyalarının müşahidə edə bilmiyəcəyi qədər kiçik titrəmələri ölçməyə başlayıblar.

Lecocq: “Məsələn, Brüsseldəki zəlzələ stansiyası. Normal vaxtlarda bu» lazımsız «bir stansiyadır”-deyir.

Zəlzələ stansiyaları,ümumiyyətlə, şəhər yerlərindən kənarda quraşdırılır. İnsanlardan qaynaqlanan səs-küyün az olması səbəbindən stansiyalar yerdəki kiçik titrəmələri ölçə bilir.

Brüsseldəki stansiya bir əsrdən çox əvvəl qurulmuşdu; yəni, şəhər genişlənmədən çox əvvəl.

Şəhərdəki səs-küy səbəbindən Brüsseldəki stansiya kiçik seysmik hərəkətləri qeydə ala bilmir.

«Ancaq şəhər indi o qədər sakitdir ki, aşağıdakı səs səviyyəsi ilə yuxarıdakı səs səviyyəsi demək olar ki, eynidir» deyir Lecocq.

Digər ölkələrin seysmoloqları da oxşar şeyləri müşahidə edirlər. İngiltərənin paytaxtı Londonda seysmoloq Paula Koelingijer, Londonun Twickenham bölgəsində məktəblərin və sosial məkanların bağlanmasından sonra səs-küyün nə qədər azaldığını göstərən bir sxem yayımlayıb.

Califronia Texnologiya İnstitutunun doktorantı olan Celeste Labedz, Tviter paylaşımında Los Angelesdə səs-küy səviyyəsində kəskin bir düşmənin necə yaşandığını göstərən bir qrafikə yer verib.

Bu həm də virusun həyatı necə dayandırdığının və təhlükəli olmasının sübutudur.

Tomas Lecocq-a görə, bu qrafiklər, dünyada insanların evdə qalmaq və kənar fəaliyyətlərini azaltmaq çağırışlarına əməl etməsinin göstəricisidir.

Lecocq: «Seysmoloji olaraq, insanlara deyə bilərik ki: “Baxın, özünüzü evdə tək hiss edirsiniz. Ancaq əmin olun ki, hamı evdədir. Hər kəs eyni şeyi edir. Hər kəs qaydalara əməl edir”-‘deyib.


Digər xəbərlər


Yevlaxda qaraçılar aksiyaya cəhd edib - Polisə xəsarət yetirilib

Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər. DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan Gulustan.inf...

Pensiya ilə bağlı qanun layihəsinə dəyişiklik edilib

Pensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pensiyasının bir növünd...

Qazaxıstanda məhdudiyyətlər yığışdırılır

Qazaxıstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət bitib. Gulustan.info «Reuters»ə istinadən xəbərə veri...

Toy və yas mərasimləri keçirilə bilər? - Rəsmi cavab

«Bütün ölkə əraziində toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalır». Gulustan.info xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mə...