Bakı 10 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0271
TRY 0.2156
Qızıl 3072.648
Gümüş 39.4199

13.05.2020

Milli Şura “üzdəniraq”lara qarşı – video

Milli Şura ilə ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilov arasında ciddi qalmaqal yaşanır.

Belə ki, Cəlilovun YouTube kanalında AXC sədri Əli Kərimlinin ünvanına bir qonağın səsləndirdiyi tənqiddən sonra AXC tərəfdarları Facebookda İsmail Cəlilova hücum edərək onu təhqir ediblər.
Cəlilov buna cavab kimi elə həmin sosial şəbəkədə status yazaraq öz narazılığını bildirib.

Məsələ Milli Şura üzvlərinin Zoom vasitəsi ilə keçirilən onlayn görüşündə də müzakirə olunub. Müzakirə zamanı sabiq millət vəkili Gültəkin Hacıbəyli İsmayıl Cəlilovun qeyri-ənənəvi seksual orientasiyasına eyham vuraraq “üzdəniraq” ifadəsini işlədib. Şuranın digər üzvü Rafiq Manaflı isə Hitlerin bütün qeyri-ənənəvi cinsi orientasiyaya malik insanları öldürməməsinə heyfislənib.

Qeyd edək ki, müzakirə Cəmil Həsənlinin də iştirakı ilə baş tutub və o baş verənlərə qarşı etiraz bildirməyib. Müzakirə zamanı Gültəkin xanım, həmçinin jurnalist Xədicə İsmayılın da adını hallandırıb.

Bu video sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Bir çox istifadəçilər Milli Şuranı tənqid edib, onların hakimiyyətə gələcəyi təqdirdə ölkəni böyük fəlakətlər gözlədiyini yazıblar. Lakin Gültəkin Hacıbəyli və Milli Şuraya haqq qazandıranlar da var.


Digər xəbərlər


Prezidentin köməkçisi: "Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib"

“Prezident İlham Əliyev tərəfindən Tərtər şəhəri İkinci Dünya müharibəsindəki Stalinqrad şəhəri ilə müqayisə olunub”. Bunu bu ...

“Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət ...

Uşaqlara dair strategiya ilə bağlı fəaliyyət planı təsdiqlənib

Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq ed...

Zaxarovadan Dağlıq Qarabağ barədə AÇIQLAMA

“Son günlər Qarabağdakı Rusiya sülhməramlıları qaçqınların geri qayıtması, ərazinin minalardan təmizlənməsi və itkin düşmüş əsgər...

Azərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə tele...

Fransa XİN Senatın Qarabağla bağlı qərarını dəstəkləmədi

Fransanın Xarici İşlər Nazirliyi ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qə...

Azərbaycan və Səudiyyə XİN başçıları telefonla danışdı

2020-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikasının xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığını...

Azərbaycan Fransaya nota verdi

Fransanın ölkəmizdəki səfiri Zaxari Qross Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə XİN-in Mətbuat xidmət...