Bakı 33 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

29.05.2020

İran parlamentində yerdəyişmə nədən xəbər verir? – Politoloqun şərhi

İran Məclisinin 11-ci çağırışının mayın 27-də açılış mərasimi keçirilərək parlamentə yeni sədr seçilib. Bu Məhəmmədbağır Qalibaf olub.

İran parlamentində baş verən dəyişikliyi “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Kanal8-ə şərh edib:

“Məhəmmədbağır Qalibafın sədrliyə namizədliyi irəli sürüldükdən sonra açıq səsvermə keçirilib. Səsvermədə iştirak edən 264 Məclis üzvündən 230-u Qalibafın lehinə səs verib. Səsvermədə namizədlikləri irəli sürülən digər namizədlər – Əmirhüseyn Qazizadə Haşimi və Əli Nikzad Sümər Qalibafın xeyli gerisində qalıblar.

Ancaq onlara da vəzifə tapılıb. Əmirhüseyn Qazizadə Haşimi və Əli Nikzad Sümər yeni spikerin 1-ci və 2-ci müavinləri vəzifəsinə təyin ediliblər. Parlamentin keçmiş spikeri Əli Larincani də işsiz qalmayıb. İranın ali dini lideri Ayətullah Xamenei Əli Larincanini özünə müşavir və Məsləhət Şurasının üzvü təyin edib. Əli Larincani və onun müxtəlif dövlət vəzifələrində yer alan ailə üzvləri İranda məşhurdular.

Əli Larincani vaxtilə prezidentliyə də iddialı idi. Larincani müxtəlif zaman kəsiyində gah mühafizəkar, gah da şərti adı islahatçılar olan qanadın təmsilçisi kimi çıxış edib. Ancaq ali dini lideri Əli Larincanini özünə müşavir təyin edibsə, demək keçmiş spiker yenidən mühafizəkar baxışlara qayıdıb. Bəs parlamentin yeni spikeri kimdir? Məhəmmədbağır Qalibaf vaxtilə “Sepah” təşkilatının komandirlərindən biri olub. O 2000-2005-ci illərdə İranın polis komandanı, 2005-2017-ci illərdə isə Tehranın meri vəzifəsində çalışıb.

O, Tehranın meri vəzifəsində çalışarkən ismi müxtəlif qalmaqallarda hallansa da, hər dəfəsində təhlükədən qurtula bilib. Məhəmmədbağır Qalibaf iki dəfə prezident seçkisində iştirak edib. O 2013-cü ildə “Ədalət və İnkişaf” seçki koalisiyasından prezident seçkilərində iştirak edərək 6 milyon çox səs toplamaqla ikinci olub. İndi isə Məhəmmədbağır Qalibaf mühafizəkarların tanınmış nümayəndəsi kimi parlamentin sədri seçilib.

Son parlament seçkisində mühafizəkar millət vəkillərinin sayı artıb. Xameneyi rəsmi internet səhifəsində işinə başlayan yeni Məclisə bu şəkildə mesaj da göndərib: “Şəxsi və partiya maraqlarını gündəmə gətirmək, işdəki səhlənkarlıq, eləcə də sağlam olmayan etnik, regional və tayfa mənsubiyyəti əsasında qütbləşmə ən ciddi təhlükədir…”

İranın ali dini liderini bu cür mesaj yayınlamağa nə məcbur edib? Keçmiş parlamentdə bəzi hallarda qeyri-fars millət vəkilləri qruplar formalaşdırır və digər qruplarla ortaq hərəkət edir, müxtəlif açıqlamalar verirdilər. Məsələn, 2016-cı ildə İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası yaradıldı. Bu fraksiyadan 100-dən artıq millət vəkili yer almışdı.

Bu fraksiyada yer alan millət vəkilləri müzakirələrdə türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini qaldırır və müxtəlif nazirlərin siyasətini tənqid edirdilər. Ancaq daha sonra həmin fraksiyanın fəaliyyəti faktiki dayandırıldı.

Doğrudur, ayrı-ayrı millət vəkilləri Məclisdəki çıxışlarında mərkəzi hakimiyyətin və ayrı-ayrı nazirlərin bölgələrə diqqətsizliyini yenə tənqid edirdilər, ancaq bu artıq fraksiyadan kənar idi. Xameneyinin mesajının mənası aydındır.

Ali dini lider Amerikanın sanksiyaları fonunda ölkəsində iqtisadi və sosial problemlər, o cümlədən koronavirusla mübarizənin davam etdiyi dönəmdə mərkəzi hakimiyyətin nəzarətindən kənar proseslərin təhlükəli olduğunu güman edir”.


Digər xəbərlər


Azərbaycan XİN-i ABŞ-ı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik edib. Gulustan.info xəbər verir ki, bu ba...

ABŞ - Koloniyalardan dünyanın super gücünə gələn yol

Bu gün dünyanın super gücü sayılan Amerika Birləşmiş Ştatlarının (ABŞ) yarandığı gündür. Hazırda dünyanın super gücü sayılan A...

Prezident Türkiyə ilə viza sazişini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan aza...

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng e...

Prezidentlərin videokonfrans vasitəsilə görüşü keçirilib

İyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ...

Prezident maska taxmamağa görə cərimə artımını təsdiqlədi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Sənədə əsasən epidemiya əl...

Məmmədyarov Mnatsakanyanla görüşdü

İyun 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsə...

Mövlud Çavuşoğlu: "NATO müttəfiqi Fransa Liviyada Rusiyanın mövcudluğunu gücləndirməyə çalışır"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransanı sərt şəkildə tənqid edib. Gulustan.info xəbər verir ki, o, bu sözləri...