17.05.2020

Klaviatura qəhrəmanlarının “zoom” bazarı – İnternetli Əli Kərimli, sentyabrda hakimiyyətə gələn Gültəkin Hacıbəyli

Azərbaycanda son günlər Milli Şura ətrafındakı qalmaqal koronavirus pandemiyasını da arxa plana qoyub.

Hər gün toplantı adı ilə qeybətə yığışan Şura üzvlərinin videoları xalqın əyləncə mənbəyinə çevrilə bilib. Belə ki, öncə jurnalist İsmayıl Cəlilov və LGBT qalmaqalı ilə gündəmə gələn Milli Şura, sonra da professor Altay Göyüşovun arxasınca danışdığı videosu ilə gündəm olub.

İlk videodan sonra artıq Milli Şuradan qopmalar oldu. Belə ki, öncə senarist Eldəniz Quliyev, ardınca da Rafiq Manaflı Milli Şuradan istefa verdilər.

Qeyd edək ki, Milli Şuranın daha bir videosu sosial şəbəkələrdə yayılıb. Bu dəfə qonaqlar arasında Əli Kərimli də var. Milli Şuraya inananlar elə bilir ki, indi baş bilənlər oturub, strategiya cızır, planlar qurub çıxış yolları axtarırlar. Ancaq videoya baxanda məlum olur ki, Əli Kərimlinin çıxışını hətta seriala – “Eşkiya Dünyaya Hökumdar Olmaz”-a uyğun hesablayırlar. Yəni o dərəcə strateji düşünürlər.

Əli Kərimli deyir ki, işimizə gücümüzə baxın da… Anında Gültəkin Hacıbəyli xalqı təhqir edir. Bir millət ki, “Eşkiya”ya baxırsa…

Ardınca Milli Şura üzvləri Meydan Tv-nin də bostanına daş atırlar. Daha sonra isə Əli Kərilmli deyir ki, Facebook-da fırtına əsdirməliyik, səfərbər olmalıyıq. Burada diqqət çəkiləcək bir məqam var. Əli Kərimlinin verdiyi işarə onları tənqid edən digər müxalif partiya sədrlərinin linç edilməsi barədədir. Rafiq Manaflı konkret olaraq Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyevi hədəf alaraq, onu müxalif sayılan media qurumlarından uzaqlaşdırmağı təklif edir. Əli Kərimli isə fikri alqışlayır. Əli Kərimli bir növ trol ordusunun varlığını və onu şəxsən özünün idarə etdiyini etiraf etmiş olur.

Burada daha bir maraqlı məqam ortaya çıxır. Bəs Əli Kərimlinin interneti yox idi, bəs Əli Kərimlinin internetini kəsmişdilər? İnterneti olmayan biri internet üzərindən necə iclasa qatılır? Əslində bu video bir növ Əli Kərilmlinin yalanını da ifşa etmiş oldu.

Milli Şura daha sonra REAL partiyasını hədəf alır və İlqar Məmmədovla bağlı lağ-lağı edirlər.

Məsələyə yekunu isə Gültəkin Hacıbəyli qoyur. “Uzaq başı sentyabrda hakimiyyətə gəlməyə hazırlaşıram!” Özləri də buna gülürlər.

Milli Şuranın əslində mahiyyətinin nədən ibarət olduğnu isə Cəmil Həsənli son sözləri ilə tərif etmiş olur: “Keçək klaviatura arxasına”.

Beləcə Milli Şura klaviatura qəhrəmanlarının kimliyinə də aydınlıq gətirmiş oldu.


Digər xəbərlər


Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 ...

Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq ...

Prokurorluq orqanlarında bu şəxslərə yeni vəzifə verildi – Baş Prokuror ƏMR İMZALAYIB

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir...

Bəzi məktəblərdə imtahan keçirilməyəcək

“Biz az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik”. Gulustan.info-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şu...