21.05.2020

ABŞ COVID-19 ilə mübarizə üçün Rusiyaya 200 respirator hədiyyə edəcək

ABŞ dövlət katibi Mayk Pompeo, Tviter-də ABŞ-ın koronavirusa (COVID-19) qarşı mübarizədə etdiyi tibbi yardım barədə yazılı açıqlama verib.

Gulustan.info Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın xəstəliklə mübarizədə və ianələr mövzusunda «qlobal lider» olduğunu vurğulayan Pompeo, 60 ölkəyə 15 min tənəffüs aparatı göndərməyi planladıqlarını açıqlayıb.

Rusiyaya da dəstək verdiklərini qeyd edən dövlət katibi, «ABŞ Rusiya xalqına Amerika istehsalı olan 200 respirator hədiyyə edəcək»,- deyə bildirib.

Qeyd edək ki, ötən ay Rusiya da ABŞ-a «AN-124» tipli hərbi yük təyyarəsi ilə tibbi avadanlıq göndərib.

Kremlin sözçüsü Dmitriy Peskov, ABŞ prezidenti Donald Trampın göndərdiyi dəstəyi «minnətdarlıqla» qəbul etdiyini, lakin ABŞ tərəfinin, avadanlıqların hədiyyə edilmədiyini və müqaviləyə əsasən satın alındığını bildirib.


Digər xəbərlər


Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 ...

Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq ...

Prokurorluq orqanlarında bu şəxslərə yeni vəzifə verildi – Baş Prokuror ƏMR İMZALAYIB

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir...

Bəzi məktəblərdə imtahan keçirilməyəcək

“Biz az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik”. Gulustan.info-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şu...