20.05.2020

ABŞ İranın Daxili İşlər naziri və bir neçə hüquq mühafizə orqanları əməkdaşına qarşı sanksiya tətbiq edib

Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Kanal8 xəbər verir ki, bu dəfə insan haqlarını kobud şəkildə pozduqlarına görə, ölkənin Daxili İşlər naziri Ədbülrza Rəhmani Fəzli başda olmaqla, hüquq mühafizə orqanlarının 7 yüksək rütbəli vəzifəli şəxsi və İnqilab Keşikçiləri Korpusunun (Sepah) əyalət komandanlarından biri sanksiyalara məruz qalıb. Sanksiyalara məruz qalanlar arasında Hüquq-Mühafizə Orqanları komandanı Hüseyn Əştərinin də adı var.

Bugünkü embarqolar Hüquq-Mühafizə Orqanlarının Əməkdaşlıq Fondu, onun rəhbəri və direktorlar şurasını, eləcə də Tehranda yerləşən iki cəzaçəkmə müəssisəsini də əhatə edib.

Nazirlik yaydığı bəyanatda sanksiyaların səbəbini qeyd edilmiş şəxslər və qurumların İranda 2019-cu ilin noyabr ayında benzinin qiymətinin artırılmasına qarşı keçirilmiş xalq etirazlarında nümayişçiləri qətliam etmək, insan haqlarını kobud şəkildə pozmaq və ölkəyə daxil olmaq istəyən əfqan miqrantlara qarşı qeyri-insani rəftər sərgiləməklə, onları öldürmək və ya işgəncələrə məruz qoymaqları ilə əlaqələndirib.

Xatırladaq ki, 2019-cu ilin noybar ayının 15-də başlamış və təqribən 2 həftə davam etmiş həmin etirazlar zamanı “Reuters” agentliyinin statistikasına əsasən, azı 1500 etirazçı polis və “Sepah” tərəfindən güllələnərək öldürülmüşdü.


Digər xəbərlər


İran parlamentində yerdəyişmə nədən xəbər verir? – Politoloqun şərhi

İran Məclisinin 11-ci çağırışının mayın 27-də açılış mərasimi keçirilərək parlamentə yeni sədr seçilib. Bu Məhəmmədbağır Qalibaf olub. İran parlam...

“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edib. “Dövlət satınalmaları haqqında” qanun 36.9-cu maddəsinə aşağıdak...

Çin lideri: Pandemiya bitəndə müharibəyə hazır olmalıyıq

Aylardır dünyanı cənginə alan koronavirus Çin və ABŞ arasındakı gərginliyi də pik həddə çatdırıb. Gulustan.info xəbər verir ki, Çindən gərginliyi ...

Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələrinə və texnikalara baxdı - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsu...