16.05.2020

Ağacların dibini betonladan bələdiyyə sədri cəzalandırıldı — FOTOLAR

Tərtər şəhərində ağacların dibinin betonlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat yerində araşdırılıb.

ETSN-dən Kanal8-ə verilən məlumata görə, araşdırma zamanı Tərtər şəhəri, Nizami küçəsində Tərtər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində 17 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

Faktla bağlı əraziyə cavabdeh Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.

Ağacların dibi Nazirliyin əməkdaşlarının nəzarəti altında betondan təmizlənərək suvarılıb.

Ağaclara gələcəkdə aqrotexniki qulluq göstərilməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.


Digər xəbərlər


Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 ...

Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq ...

Prokurorluq orqanlarında bu şəxslərə yeni vəzifə verildi – Baş Prokuror ƏMR İMZALAYIB

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir...

Bəzi məktəblərdə imtahan keçirilməyəcək

“Biz az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik”. Gulustan.info-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şu...