18.05.2020

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.Müdafiə Nazirliyindən  verilən məlumata görə, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur.

Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq.


Digər xəbərlər


Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 ...

Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq ...

Prokurorluq orqanlarında bu şəxslərə yeni vəzifə verildi – Baş Prokuror ƏMR İMZALAYIB

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir...

Bəzi məktəblərdə imtahan keçirilməyəcək

“Biz az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik”. Gulustan.info-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şu...