04.05.2020

Azərbaycanda ödənmiş ƏDV-nin bir hissəsinin alıcıya geri qaytarılması şərtləri açıqlanıb

Azərbaycanda ticarət, xidmət və ictimai iaşə məntəqələrində ödənmiş ƏDV-nin bir hissəsinin alıcıya geri qaytarılması şərtləri açıqlanıb. 

Belə ki, fiziki şəxs olan alıcılar pərakəndə ticarət və ya ictimai iaşə obyektlərindən alınmış mallara ödənilən məbləğin ƏDV-ni geri qaytara biləcəklər. Əsas məqsəd alıcıların alış-veriş zamanı əsasən nağdsız ödənişlərdən istifadə etməsi və bu yollada Nağdsız ödənişlər edildiyi zaman kartla edilən alış-verişdə daha çox məbləğ geri qaytarılmasıdır.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara ödənilən ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilib. Yanacaq istisna olmaqla, digər məhsulları və ya xidmətləri alanda ödənişi nağd etdikdə ƏDV-nin 10%-i, kartla etdikdə isə 15%-i vətəndaşın özünə qaytarılır.

Qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanıb.

Müştəri ƏDV-ni geri ala bilmək üçün ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçməlidir.

Qeydiyyatdan keçərkən sizə şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrə lazım olacaq. 

Qeydiyyatdan keçdikdən sonra əməliyyatları həyata keçirə bilərsiniz.


Digər xəbərlər


11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərməyə başlayıb

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-...

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...

Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb

COVID-19 koronavirus infeksiyası pandemiyasının davam etməsi, habelə «Azərbaycan Hava Yolları» və «Buta Airways» aviaşirkətlərini...

İşçiləri əsassız yerə işdən çıxaranlar məsuliyyətə cəlb ediləcək

Mövcud şəraitdən sui-istifadə edərək işçiləri əsassız yerə işdən çıxaran işəgötürənlərlə bağlı məsuliyyət tədbirləri görüləcək. Əmək və Əhalinin S...