23.05.2020

Elmar Məmmədyarov gürcü həmkarı ilə COVID-19-la mübarizədən danışıb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Gulustan.info Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində hər iki ölkə tərəfindən həyata keçirilən tədbirlər üzrə ümumi fikir mübadiləsi aparıb və bu xüsusda beynəlxalq həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən iqtisadi və ticarət əlaqələrinin, xüsusilə də hazırkı vəziyyətdə yükdaşımaların genişləndirilməsi və strateji layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, habelə beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlər də daxil olmaqla, həyata keçirilən əməkdaşlıq məsələlərindən bəhs ediblər.

Nazirlər Azərbaycan və Gürcüstan xalqları arasında möhkəm dostluq münasibətlərini vurğulayaraq, bir-birlərini qarşıdan gələn milli günlər münasibətilə təbrik ediblər.


Digər xəbərlər


Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 ...

Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi 1 İyun – Uşaqların Beynəlxalq ...

Prokurorluq orqanlarında bu şəxslərə yeni vəzifə verildi – Baş Prokuror ƏMR İMZALAYIB

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir...

Bəzi məktəblərdə imtahan keçirilməyəcək

“Biz az sayda şagirdi olan məktəbdə imtahan keçirə bilməyəcəyik”. Gulustan.info-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şu...